Şuşasız 26 il..
Tarix: 08-05-2018 | Saat: 10:59
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycanın Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 26 il ötür.
Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.
Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.
Ümumilikdə, Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. (APA)
Xəbəri paylaş
7218 dəfə oxunub.
Digər xəbərlər

29-05-2017, 11:49
Azərbaycan-Rusiya sərhədində ƏMƏLİYYAT - Polis postları quruldu
15-01-2017, 12:34
Həftənin ilk iş gününün HAVAsı: külək, yağış
14-03-2021, 15:56
Kənddə biabır olmuşdum... - Arvadını öldürən şəxs
21-03-2020, 23:34
Koronavirus necə yayılır? - VİDEO
20-08-2021, 11:41
“Mall”lara vaksin pasportsuz girsək, bizi nə gözləyir?
13-01-2016, 10:40
Röya yenə coşdu: "Qızı yaşdayam, bacı dedi..."
20-08-2022, 11:17
Axşamdan 4-5 badam suda isladıb səhər yeyin. İnanılmaz faydaları!
31-05-2018, 12:25
Nazarbayev Təhlükəsizlik Şurasına ömürlük başçılıq edəcək
10-07-2016, 18:48
Ukraynanın şərqində şiddətli atışma: 3 ölü, 16 yaralı