Azərbaycan səfirliyi Riqada 9 Mayı qeyd etdi - Foto
Tarix: 07-05-2016 | Saat: 21:06
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Rusiyanın Latviyadakı səfirliyi Azərbaycan, Qazaxıstan və Belarus səfirlikləri ilə birlikdə faşizm üzərində Qələbənin 71-ci ildönümünə həsr edilən təntənəli qəbul keçirib.
"Xəbəraz.az " xəbər verir ki, tədbirdə Latviyada yaşayan İkinci Dünya müharibəsi veteranları iştirak ediblər.
Rusiya Federasiyasının səfiri Aleksandr Vişnyakov çıxışında deyib ki, 9 May sadəcə bayram deyil, bu, keçmiş Sovet İttifaqı məkanında, habelə işğalçılardan zərər görmüş digər ölkələrdə ehtiramla yanaşılan böyük günlərdən biridir. Bu əlamətdar gün tarixdən silinməyəcək, təqvimdə əbədi qalacaq və həmişə o qorxunc hadisələri və faşist ordusunun darmadağın edilməsini xatırladacaq.
A.Vişnyakov qeyd edib ki, İkinci Dünya müharibəsi bəşəriyyət üçün qorxulu sınaq olub və Sovet İttifaqının 15 respublikası faşizm üzərində Qələbəyə layiqli töhfə verib.
Qeyd edilib ki, Azərbaycan müharibə illərində neft və neft məhsullarının əsas təchizatçısı olub. Azərbaycan neftçiləri bütün ölkənin yanacağının təxminən 80 faizini istehsal ediblər və müharibənin təkcə birinci ilində 23,5 milyon ton neft hasil ediblər. Ümumilikdə 75 milyon tondan çox Bakı nefti hərbi ehtiyaclar üçün göndərilib.
Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşı Gəray Muradov iştirak edib.
Faşizm üzərində Qələbənin bayram edilməsinin 71-ci ildönümü münasibətilə mayın 9-da silsilə tədbirlər keçiriləcək, o cümlədən Xilaskarlar abidəsinə, qardaş qəbirlərinə əklillər qoyulacaq.
Xəbəri paylaş
7668 dəfə oxunub.
Digər xəbərlər

3-12-2017, 11:02
Zərrab və Ebru Gündeş cütlüyünün qızının əmlakına həbs qoyuldu
26-03-2022, 11:27
Qrip və COVID-19-a eyni vaxtda yoluxma ölüm riskini 2,4 dəfə artırır
6-04-2023, 11:50
Kimdə bu 5 əlamət varsa, 100 yaşa çata bilər - SİYAHI
18-08-2023, 15:05
Şənbə gününün hava proqnozu: Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq
12-07-2019, 13:48
Milli Məclisin növbədənkənar sessiyası başa çatdı
10-11-2017, 11:13
Neslihan Bakıdakı makiyajını bəyənməyib AĞLADI - İDDİA - FOTO
14-06-2016, 17:47
İvanişvili: “Saakaşvili 2008-də böyük səhv etdi”
15-06-2016, 12:16
Erməni nazir müavini rus generalla görüşdü
26-04-2016, 00:40
18 yaşlı futbolçu üçün 60 milyon