Hacıqabulda ATIŞMA: 5 ölü, 1 yaralı - FOTO/VİDEO - TƏFƏRRÜAT (YENİLƏNDİ-2)
Tarix: 31-07-2017 | Saat: 10:58
Bölmə:M / Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
"Hadisəni törətdikdən sonra Mübariz Mehdiyev özünü öldürüb".
Bu sözləri Hacıqabul rayonu polis bölməsinin sahə inspektoru, kapitan Ramiz Əliyev deyib. Onun sözlərinə görə, silahlı insident törədən Mübariz Mehdiyev 4 nəfəri odlu silahla qətlə yetirib, bir nəfəri yaraladıqdan sonra hadisə yerində özünü də öldürüb.
***
09:15
Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb.
APA-nın Mil-Muğan bürosunun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.
Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib. Digər məlumata görə, M. Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.
Ailə üzvlərindən biri - Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
***
07:44
Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.
Hadisəni törədən şəxs polis tərəfindən zərərsizləşdirilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Сinayətin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
***
06:23
Hacıqabulda naməlum şəxslər yaşayış evinə silahlı basqın edib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bayram İbrahimov küçəsində qeydə alınıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində Hacıqabul şəhər sakini, 1958-ci il təvəllüdlü Qəmbərova Almara ölüb, Qəmbərov Məhəmməd yaralanıb. İnsident nəticəsində ölənlərin sayının artması ehtimal edilir. Hadisəni törədən şəxsin polis tərəfindən güllələnərək öldürüldüyü bildirilir. İnsidentin təfərrüatları müəyyənləşdirilir.
Hadisəni törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Foto və Video Reporta məxsusdur:
Xəbəri paylaş
1 5958 dəfə oxunub.
Digər xəbərlər

21-05-2023, 20:53
Çayın suyun çəkildi, naməlum kişi meyiti aşkarlandı - Ağstafada ŞOK OLAY
23-05-2016, 16:49
Şultsdan Avropa liderlərinə Ərdoğan tapşırığı
28-06-2016, 16:04
20 il axtarılan mafiya lideri tutuldu
14-06-2016, 20:38
PKK-dan növbəti xain hücum: 6 yaralı
9-05-2015, 16:33
Bu gün ANS-in aparıcısı Elgiz Əkbərin toyudur.
16-08-2023, 09:38
Azərbaycanda tələbə faciəvi şəkildə vəfat etdi
9-03-2016, 20:18
Yeni silah: təyyarə vurulmur, ələ keçirilir - Video
30-03-2017, 13:26
Livan prezidenti rəsmi görüşdə yıxılıb – VİDEO
16-12-2016, 13:44
Xəzərdə uçan butkanın yeni görüntüsü yayılıb - Video
24-06-2015, 12:51
Culia Robertsin 30 milyonluq evi - FOTOSESSİYA