Qarabağda ermənilərin pasportları əllərindən alınır və...
Tarix: 07-05-2016 | Saat: 11:27
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Xaricdən xüsusilə Suriya, Livan, İraq, İrandan Dağlıq Qarabağa erməniləri aldadıb gətirirlər. Dağlıq Qarabağda yerləşdirilən həmin ermənilərin pasportlarını əllərindən alırlar və kişi cinsindən olanların hamısını məcburi səngərlərə göndərirlər.
Bu barədə Modern.az saytına açıqlamasında deputat Elman Məmmədov Dağlıq Qarabağa xaricdən gətirilib süni şəkildə yerləşdirilən ermənilər haqqında danışarkən deyib.
O söyləyib ki, aprel ayının əvvəlində baş verən döyüşlərdə Ermənistan tərəfi xaricdən gətirilib cəbhədə döyüşdürülən ermənilərin ölülər arasında sayını açıqlamadı:
“Aprel ayında baş verən hərbi əməliyyatlarda ermənilərdən 300 nəfərdən çox ölən var idi. Erməni mətbuatı Ermənistan vətəndaşlarını sayını ayrı verdi, Dağlıq Qarabağdan olanları isə ayrı təqdim etdi.
Sayın tam çatmasının səbəbi isə Dağlıq Qarabağa xaricdən gətirilən və orada məcburi döyüşdürülən ermənilər idi. Ona görə də Ermənistan hökuməti xaricdən gətirilən erməniləri rəsmi olaraq statistikaya salmır”.
Elman Məmmədov onu da bildirib ki, Dağlıq Qarabağda PKK -nın da təlim düşərgələri var. “Ermənilər onlardan da istifadə edirlər. Ermənilərə ev vermək, adlarına hesab açmaq, yaxşı həyat vəd edirlər. O ermənilər də hüquqsuz şəkildə əlacsız qalıb orada döyüşürlər.
Nəticədə isə sənədsiz, sübutsuz şəkildə ölürlər.
Həmin ərazilərdən onların çıxışı çox məhduddur. İşğal altında olan ərazilərin dörd bir yanında hərbi postlar qurulub. Ona görə də xaricdən Dağlıq Qarabağa gətirilən ermənilər qul kimi istismar olunur”-deyə Elman Məmmədov qeyd edib.
Xəbəri paylaş
6548 dəfə oxunub.
Digər xəbərlər

12-08-2016, 20:14
Bu sinfin bütün məzunları tələbə oldu - Rekord nəticə
11-05-2015, 13:56
Tahir Salahov “Heydər Əliyev” mükafatı ilə təltif edilib
13-03-2015, 15:41
Nadir Qafarzadə Sami Yusuf haqqında: Haranın zibilidir ki? – VİDEO
27-12-2018, 10:49
Eldar Əzizov 3 vəzifəli şəxsi işdən çıxardı
15-09-2023, 08:15
Yadplanetlilər müğənninin dişlərini "oğurlayıb?"
3-11-2015, 16:31
Azərbaycanda şou-bizneslə bağlı yoxlamalar başladı – RƏSMİ
23-07-2022, 11:33
Uşaqlar arasında yenə virus yayılıb - VİDEO
8-04-2015, 01:03
Korrupsiyaya qarşı idarə vəzifəli qadını həbs etdi
6-07-2015, 14:59
Sübut edildi- Bəd nəzər var (FOTO)
7-05-2016, 17:37
Şahin Əliyev saxlanıldı