Ordumuz iki ermənini zərərsizləşdirdi - Təfsilat
Tarix: 06-05-2016 | Saat: 13:20
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
İki gün öncə cəbhə xəttində ölən erməni əsgərlərinin məhv edilməsi ilə bağlı təfərrüat ortaya çıxıb.
"Xəbəraz.az "“Qraparak” qəzetinə istinadla xəbər verib ki, iki erməni hərbçi Azərbaycan ordusunun endirdiyi minomyot zərbəsi nəticəsində məhv edilib. Belə ki, zərbədən Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki mövqelərindən birində blindaj əsgərlərin başına uçub və Koryun Arutünyan və İqor Akopyan ölüb.
Akopyan Ermənistanın Geqarkunik vilayətinin Getaşen kəndindəndir. Kənd administrasiyasının rəhbəri Rubik Qukasyan bildirib ki, 19 yaşlı Akopyan mayın 3-də ölüb. Müdafiə Nazirliyi əsgərin “blindajın uçması nəticəsində öldüyünü” valideyinlərinə çatdırıb.
Blindajda ölən digər əsgər, 19 yaşlı Koryun Arutünyan isə Geqarkunik vilayətinin Qeqamsar kəndindən hərbi xidmətə çağırılıb, Azərbaycanın işğal altındakı ərazilərinə göndərilib. Kənddə danışırlar ki, blindaj Azərbaycan ordusunun endirdiyi zərbə nəticəsində uçub, bu vaxt blindajda 4 əsgər olub. Onlardan qalan ikisi yaralanıb.
Mayın 4-də isə Ermənistanın İstintaq Komitəsi insident barədə aşağıdakı qısa məlumatı yayıb: “Mayın 3-də, gecə yarısına yaxın N saylı hərbi hissədə həqiqi hərbi xidmətə çağırılmış hərbi qulluqçular İqor Akopyanın və Koryun Arutünyanın cəsədləri tapılıb. Vizual baxış zamanı onların cəsədi üzərində güllə, qəlpə yaraları, zorakılıq əlamətləri aşkar edilməyib. İnsidentlə bağlı təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir”.
Xəbəri paylaş
6318 dəfə oxunub.
Digər xəbərlər

12-04-2018, 21:23
Bu gecə Bakının üç rayonunda su olmayacaq
28-07-2016, 20:42
Aparıcı Zümrüd: “Ana olmaq xəyalımla vidalaşdım“
8-07-2018, 08:31
Türkiyədə mədən çökdü, ölənlər var
15-05-2016, 03:43
İlham Əliyevdən şəhidlə bağlı - Sərəncam
31-03-2015, 20:12
Karaoke Yarışmasından inanılmaz görüntülər
31-08-2023, 10:33
Milyarderlərin “qiyamət hazırlığı” - Bu ölkələrdən torpaq alırlar
19-03-2021, 15:09
Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı
10-12-2016, 15:54
Afaq: "Türk kişiylə sevgiliyəm, məni o maliyyələşdirir..."
25-05-2015, 16:27
Fazil Mustafa:- "Heç olmazsa Hacıbala müəllim durub vətəndaşlarla bir-iki epizod ağlayır"