Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyevdən şəhidlə bağlı - Sərəncam
Tarix: 15-05-2016 | Saat: 03:43
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

İlham Əliyevdən şəhidlə bağlı - Sərəncam

Bu gün Zərdab rayonu Böyük Dəkkə kəndində aprel ayında Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş gizir Abdullazadə Nurlan Rasim oğlu anılıb.

"Xəbəraz.az " xəbər verir ki, bu münasibətlə Zərdab rayon icra başçısı Lütfəli Babayev, millət vəkili Jalə Əliyeva, rayonun idarə və təşkilatlarının işçiləri, bir neçə orta məktəbin müəllim və şagird kollektivi şəhidin qəbrini ziyarət ediblər.

Şəhidin məzarı önündə rayon başçısı L.Babayev, millət vəkili J.Əliyeva və Nurlanın xidmət etdiyi hərbi hissədən gəlmiş silah yoldaşları və komandiri çıxış edərək, onun yüksək insani keyfiyyətlərindən, vətənə sevgi, düşmənə nifrət hisslərindən və keçdiyi qısa və şərəfli ömründən bəhs ediblər. Uca Allahdan şəhidimizə rəhmət, ordumuza qüvvət diləyiblər.

Qeyd edək ki, Nurlan Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medala layiq görülüb.

Həmin medal şəhidimizin atasına təqdim olunub.


Xəbəri paylaş

1 1208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___