Rusiya Ermənistana bu silahları verəcək - Siyahı (Foto)
Tarix: 30-04-2016 | Saat: 16:11
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Rusiyanın Ermənistana ayırdığı 200 milyon dollarlıq güzəştli kredit çərçivəsində İrəvanın Moskvadan alacağı silahların həcmi və siyahısı artıq bəllidir.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan "Azatutyun"a bildirib ki, həmin kredit çərçivəsində silah və hərbi texnikanın alınması ilə bağlı müqavilənin imzalanması artıq başa çatmaqdadır.
"Razılaşma əldə olunub, indi sənədlərin imzalanma mərhələsindəyik. Kreditin verilməsi ilə bağlı yekun qərar bu yaxınlarda verildiyindən indi işlərin templərini sürətləndirməyə çalışırıq", - Ohanyan deyib.
Rusiyanın Ermənistana 200 milyon dollarlıq dövlət ixrac krediti ayırması barədə anlaşmanı Ermənistan hökuməti aprelin 15-də imzalayıb. Kredit Rusiyadan hərbi təyinatlı məhsulların alınmasını nəzərdə tutur.
Anlaşmaya görə, krediti İrəvana 2018-ci ildən başlayaraq 10 il ərzində ödəməlidir. Lakin, əslində, Rusiya faktiki olaraq bu məbləği Ermənistana bağışlayıb.
Anlaşmanın şərtlərinə görə, Rusiya Ermənistana "Smerç" reaktiv artilleriya sistemləri və sursatlar, "İqla-S" zenit-raket kormpleksləri, "Avtobaza-m" radiokəşfiyyat komppleksləri, TOS-1A ("Solntsepyok") ağır odpüskürmə sistemləri, idarə olunan 9M113M raketləri, RPQ-26 qumbaraatanları, SVD snayper tüfəngləri, "Tiqr" zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri yollayacaq. (milli.az)
Xəbəri paylaş
7828 dəfə oxunub.
Digər xəbərlər

9-10-2019, 14:11
Əliyev Qaxariyanı qəbul edib - Foto
26-02-2018, 20:07
Arvadını öldürdü, sonra intihar etdi - Daşkəsəndə FACİƏ
17-06-2017, 11:48
Beyons növbəti dəfə ana oldu
18-04-2016, 19:35
Cinayət Məcəlləsinə dəyişilik edilir - SƏRƏNCAM
29-08-2016, 23:36
Özbəkistan prezidentinin ölüm xəbəri yayıldı - SON DƏQİQƏ
15-02-2016, 11:28
Mərkəzi Bankdan manatı dirçəltmək cəhdi: uçot dərəcəsi artırıldı
27-03-2017, 13:00
Ölkə ərazisində hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
5-07-2016, 13:40
Murad Dadaşov: “Dünya formatlı layihə təqdim edəcəyəm“
14-08-2020, 17:34
Azərbaycanda bir gündə neçə nəfər koronavirusa yoluxdu? - AÇIQLAMA