Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Murad Dadaşov: “Dünya formatlı layihə təqdim edəcəyəm“
Tarix: 5-07-2016, 13:40 | Saat: 15:47:00
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Murad Dadaşov: “Dünya formatlı layihə təqdim edəcəyəm“

Proqram xarici mütəxəssislərlə birgə həyata keçiriləcək

Əməkdar artist, aparıcı, teleprodüser, aktyor Murad Dadaşov payız aylarında bir neçə yeni televiziya layihəsi ilə efirə qayıdacaq.

M.Dadaşov müsahibəsində bir müddət efirdə yeni verilişlər təqdim edə bilməməsinin səbəbinin devalvasiya ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda durğunluq aradan qalxıb, reklamçılar fəallaşıb və artıq yeni telelayihələrin yayımlanması ilə əlaqədar danışıqlara başlanılıb.

“Bir neçə telekanalla razılaşma əldə etmişik. Payız aylarında həmin televiziyalarda yeni verilişlər yaymlanacaq. Onlardan biri pul ilə bağlı tele-oyundur. Bu, dünya formatlı layihədir, artıq lisenziyanı almışıq. Proqramı xarici mütəxəssislərlə birgə həyata keçirəcəyik. Verilişin aparıcısı özüm olacağam. Digərləri isə gecə şousu, tele-şoulardır”.

Tanınmış aparıcı “Mərc şou”nun yeni formatda ekrana qayıdacağını da vurğulayıb:

“İllərdir sevilən və tələbatlı olan “Mərc şou” ailə formatında yenidən ekranda olacaq. Veriliş bazar günü 2 saat davam edəcək. Proqramı təqdim etmək üçün yeni aparıcılar dəvət edəcəyəm”.

Qeyd edək ki, M.Dadaşov iyulun 9-u və 10-da Bakıda keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalında da iştirak edəcək.

3518 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___