Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qaya parçaları düşməsi nəticəsində Xınalığa gedən yol bağlanıb
Tarix: 17-04-2016 | Saat: 20:24
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Qaya parçaları düşməsi nəticəsində Xınalığa gedən yol bağlanıb
Sürücülərə xəbərdarlıq edilib.

Axşam saatlarında yağan güclü yağışdan sonra Quba-Xınalıq yolunda problemlər yaranıb.

"Xəbəraz.az " Report-a istinadən xəbər verir ki, torpaq qatı ilə axan qaya parçaları Quba-Xınalıq yolunun 34-cü km-də maşınların hərəkətini iflic edib. Artıq 34-cü km-dən Xınalıq istiqamətinə yol bağlanıb.

Xınalıqdan gələn sürücülər yolun gecə saat 1 radələrindən bağlı olduğunu bildiriblər. Sürücülər həmin yerdən geriyə qayıtmağa məcbur olublar.

Quba 6 saylı Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. Hazırda qaya parçalarının yoldan təmizlənməsi işləri aparılır.

“Yolun tam açılmasına az qalıb. Hazırda bu yoldan istifadə edən sürücülər ehtiyatlı olsunlar. Yolda təhlükələr qalmaqdadır”, - deyə Yİİ-nin sahə rəisi Bilal Sultanov açıqlamasında bildirib.


Xəbəri paylaş

6398 dəfə oxunub.

Digər xəbərlər
15-06-2015, 18:12 150 uşaq anası öldü

bütün xəbərlər
____ Instagram ___