Polşa səfirliyi viza verilməsi məsələsindəki problemə AYDINLIQ GƏTİRDİ-VİDEO
Tarix: 15-01-2019 | Saat: 15:34
Bölmə:Karusel / Gündəm | çapa göndər
Səfirlikdən bildirilir ki, diplomatik nümayəndəliyin heç bir şirkət və ya şəxsin Polşanın Azərbaycandakı diplomatik korpusundakı elektron konsulluq sistemində viza ərizəsi vermək üçün qeydiyyatdan keçmək üçün heç bir ödəniş haqqı götürməyə hüququ yoxdur.
"Qeydiyyat pulsuzdur və yalnız www.e-konsulat.gov.pl saytına daxil olmaqla qeydiyyatdan keçmək mümkündür. Viza sistemində yerləri sifariş etməklə sonra satmaq və ya maraqlı şəxslərə ötürmək yalnız sistemin bloklanmasına səbəb olur və buna görə də qeydiyyatdan keçmək və görüş götürmək mümkün olmur. Səfirlik belə bir prosedurun olması barədə siqnallar aldığından bütün bu cür hallar Polşaya viza almaq istəyən Azərbaycan vətəndaşları və digər ölkələrin Azərbaycandakı vətəndaşları tərəfindən polisə bildirilməlidir", - deyə səfirlikdən vurğulanıb.
Qeyd edək ki, ötən gün kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Polşanın Azərbaycandakı səfirliyinin qarşısına Şengen vizası almaq istəyən şəxslərdən ibarət böyük növbələrin yarandığını əks etdirən videolar yayılıb.
Xəbəri paylaş
3768 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-01-2019 | Saat: 15:34
Bölmə:Karusel / Gündəm | çapa göndər
Polşanın Azərbaycandakı səfirliyi bu ölkəyə Şengen vizası almaq istəyən şəxslərin üzləşdikləri problemlərə aydınlıq gətirib.
Səfirlikdən bildirilir ki, diplomatik nümayəndəliyin heç bir şirkət və ya şəxsin Polşanın Azərbaycandakı diplomatik korpusundakı elektron konsulluq sistemində viza ərizəsi vermək üçün qeydiyyatdan keçmək üçün heç bir ödəniş haqqı götürməyə hüququ yoxdur.
"Qeydiyyat pulsuzdur və yalnız www.e-konsulat.gov.pl saytına daxil olmaqla qeydiyyatdan keçmək mümkündür. Viza sistemində yerləri sifariş etməklə sonra satmaq və ya maraqlı şəxslərə ötürmək yalnız sistemin bloklanmasına səbəb olur və buna görə də qeydiyyatdan keçmək və görüş götürmək mümkün olmur. Səfirlik belə bir prosedurun olması barədə siqnallar aldığından bütün bu cür hallar Polşaya viza almaq istəyən Azərbaycan vətəndaşları və digər ölkələrin Azərbaycandakı vətəndaşları tərəfindən polisə bildirilməlidir", - deyə səfirlikdən vurğulanıb.
Qeyd edək ki, ötən gün kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Polşanın Azərbaycandakı səfirliyinin qarşısına Şengen vizası almaq istəyən şəxslərdən ibarət böyük növbələrin yarandığını əks etdirən videolar yayılıb.
Xəbəri paylaş
Digər xəbərlər
30-11-2016, 11:12
Qonaq gedən 2 yaşlı uşaq qaynar qazana düşdü
17-04-2018, 20:59
İlham Əliyevin andiçmə mərasiminin tarixi bilinib
26-10-2019, 16:46
İlham Əliyev BMT Baş Assambleyasının prezidentini qəbul etdi - Foto
18-07-2020, 17:07
İlham Əliyevdən təbrik MƏKTUBU
23-08-2018, 13:07
Azərbaycanda daha bir yol çökdü - SƏBƏB
28-03-2015, 16:19
İntiqam-Qarabağ mövzusunda yazılmış Roman 2-ci HİSSƏ
8-09-2017, 23:21
Livanda ölən idmançının cənazəsi Naxçıvana gətirildi
19-05-2020, 08:30
Putin İlham Əliyevə zəng etdi
30-03-2019, 16:21
Sərxoş sürücülər saxlanıldı - Bakıda reyd