Erməniyə qalib gələn boksçumuz Rioya vəsiqə qazandı
Tarix: 17-04-2016 | Saat: 20:20
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Azərbaycan yığması Türkiyənin Samsun şəhərində keçirilən boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində beşinci lisenziyasını qazanıb.
Apasport.az saytının məlumatına görə, Yana Alekseyevna (60 kq), Cavid Çələbiyev (56 kq), Lorenzo Sotomayorun (64 kq) və Məhəmmədrəsul Məcidovdan (+91 kq) sonra Abdulqadir Abdulayev (91 kq) də Rioya vəsiqəyə sahib olub. O, bu nəticəni turnirin bürünc medalını qazanaraq əldə edib. Təmsilçimiz Avropa Oyunlarının gümüş mükafatçısı erməni əsilli ukraynalı boksçu Gevorq Manukyana qalib gəlib. Döyüş təmsilçimizin 2:1 (30:27, 30:27, 27:30) hesablı üstünlüyü ilə nəticələnib.
Bundan əvvəl Avropa Olimpiya Təsnifat Turnirində daha bir idmançımız qızıl medal qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan və Rioya lisenziyanı təmin edən Yana Alekseyevna finalda italiyalı İrma Testaya qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalarımızın sayı 40-a, Rioya yollanacaq idmançılarımızın sayı isə 41-ə çatıb.
Xəbəri paylaş
5778 dəfə oxunub.
Digər xəbərlər

24-01-2017, 20:05
Məcburi köçkünlərə aylıq müavinətin ÖDƏNİLMƏSİ QAYDASI
21-11-2017, 11:41
Rasim Balayev müalicə üçün Türkiyəyə göndərilir
17-07-2016, 15:25
Teleaparıcı: “Ər evində məni öldürsələr də, boşanmaram” - FOTOLAR
16-06-2016, 11:43
PKK liderləri arasında dava düşdü
3-03-2017, 19:26
Son beş gündə düşmən 30 nəfərə yaxın itki verib - Müdafiə Nazirliyi
22-04-2021, 13:22
Baloğlan Əşrəfov da koronavirusa yoluxub
10-07-2016, 14:36
Nazir: "Maliyyə problemi yoxdur"
30-07-2015, 14:26
Yaponiyanın Osaka Universitetinin tədqiqatçılar qrupu dünyanın ən güclü lazerini yaratmağa nail olub
29-08-2018, 15:33
İsraildə Azərbaycanın bayrağını öpməsi kimləri qıcıqlandırdı?!