Xızıda sürətlə hərəkət edən maşın yoldan çıxıb aşdı: ölənlər və yaralananlar var
Tarix: 24-01-2017 | Saat: 11:51
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xızı rayonunda baş vermiş dəhşətli qəzada ölənlərin və yaralılardan ikisinin şəxsiyyəti müəyyənləşib. Xızı rayon Polis Şöbəsindən bildirilib ki, yanvarın 23-də saat 22 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində Bakı şəhər sakini Bəhməniyar Məmmədqasımovun idarə etdiyi "Mercedes" markalı avtomobilin aşması nəticəsində sürücü və Elçin adlı sərnişini vəfat edib. Sərnişinlərdən 1979-cu il təvəllüdlü Allahyarov Eldəniz Eldar oğlu və 1964-cü ildə anadan olmuş Nəzərov Əfqan Mirzə oğlu isə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aparılıb. Vəziyyəti daha ağır olan digər iki sərnişinin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Xızı RPŞ tərəfindən araşdırma aparılır.
*****
10:54
Xızı rayonunda ağır yol qəzası baş verib. Xızı-Giləzi yolunda "Mercedes" markalı, 10 UR 753 dövlət nömrə nişanlı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən ikisi hadisə yerində vəfat edib. Daha dörd nəfər isə xəstəxanaya aparılıb.
Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.
İlkin məlumata görə, qəzaya düşən avtomobil sürətlə hərəkət edirmiş.
Faktla bağlı araşdırmalar aparılır.
Xəbəri paylaş
8118 dəfə oxunub.
Digər xəbərlər

28-08-2016, 09:10
Bərdədə maşın piyadanı vuraraq öldürüb
4-02-2017, 19:45
Behişt insanlarının müştərək nemətləri
15-03-2017, 12:24
Sumqayıtda polislə sürücü arasında GƏRGİN ANLAR: "Camaatın 6 balası birdən öldü" - VİDEO
11-05-2018, 12:12
“Neymarı satmaq axmaqlıq olar” – PSJ-dən açıqlama
23-12-2020, 22:02
Oba" market karantin rejimini pozdu — Şirkət böyük məbləğdə cərimələndi
29-08-2015, 18:31
Qorxuducu zəlzələ baş verib
8-04-2015, 13:09
Bakıda binadan yıxılan fəhlə öldü – YENİLƏNİB + VİDEO + FOTO
29-03-2018, 14:03
İlham Əliyev: “Biz verdiyimiz bütün tapşırıqlara şəxsən nəzarət edirik”
16-05-2023, 14:46
Xızıda şəhid xanımının qaynı tərəfindən öldürülməsi ilə bağlı yeni detallar - VİDEO - FOTO
29-05-2017, 11:51
Mədət Quliyevə yeni müavin təyin olundu