“Heç kim erməniləri didərgin etmək niyyətində deyil” - Səfir
Tarix: 02-04-2016 | Saat: 20:04
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
"Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq lazımdır. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında da qeyd edib ki, biz münaqişənin sülh yolu ilə həll olunmasında maraqlıyıq. Lakin münaqişə həllini tapmazsa, biz öz torpaqlarımızı azad etmək üçün gücdən istifadə etmək məcburiyyətindədiyik". "Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, bunu "Dojd" telekanalının efirində çıxışı zamanı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbülğlu Dağlıq Qarabağ bölgəsində gərginliyin artmasına münasibət bildirərkən deyib.
Səfir bildirib ki, ölkənin 20%-dən artıq ərazisi işğal altındadır: "Hansı ölkə, xalq bununla razılaşar?! Münaqişənin həlli üçün ilk növbədə onun səbəbini aradan qaldırmaq lazımdır. Səbəb isə Ermənistan tərəfindən Azərbaycan ərazisinin işğal olunmasıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində, o cümlədən başqa beynəlxalq təşkilatların onlarla sənədində birmənalı olaraq qeyd edilib ki, Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazisini tərk etməlidirlər. Həqiqətin gözünə baxmaq lazımdır! Azərbaycan tərəfi illərdir Ermənistana Dağlıq Qarabağın beş rayonunun azad olunmasını, ardınca dinc yolla danışıqların aparılmasını təlkif edir. Heç kim Dağlıq Qarabağda yaşayan erməniləri oradan didərgin etmək niyyətində deyil. Lakin orada azərbaycanlılar yaşayıb. Mən özüm Qarabağdanam. Söhbət ondan gedir ki, azərbaycanlılar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bundan sonra hər iki icma ortaq dil tapmalı, birgə yaşamağı bacarmalıdır. O ki qaldı gərginliyin artmasına, işğalçı qüvvələr Azərbaycan torpaqlarında olduğu müddətdə bu cür hallar baş verəcək və bunu kimsə gizlətmir. Ölkə başçısı səviyyəsində də bu dəfələrlə səsləndirilib, xarici işlər nazirimiz də bunu deyib, bir səfir kimi mən də demişəm. Lakin bizi eşitmirlərsə, bu cür hallar baş verəcək. Münaqişə həll olunmalıdır".
Xəbəri paylaş
8318 dəfə oxunub.
Digər xəbərlər

18-02-2016, 14:53
“Şeirlərim şəxsi hislərimi əks etdirmir“ - Leyla Əliyeva
9-05-2016, 00:49
"Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
28-10-2019, 12:29
Prezident içməli su sistemini bu düymə ilə işə saldı - FOTO
24-08-2018, 11:38
Bakıda dəhşətli olay - zibil qutusundan doğranmış kişi meyiti tapıldı
20-05-2020, 14:36
Rusiyada tibb bacısının geyimi gündəm oldu
1-04-2015, 00:07
Hər tərəfə fasiləsiz və pulsuz danış - Rəsmi
31-01-2022, 12:26
“Karapapak Fight Club”-dan növbəti peşəkar boks gecəsi
18-08-2015, 20:54
İŞİD İstanbulu zəbt etməklə hədələyir – VİDEO
18-02-2022, 11:13
"Çılpaq yatmaq uzun müddət gənc və sağlam qalmağınıza kömək edir" - 51 yaşlı modelin etirafı - FOTO
17-05-2022, 11:43
Bakıda “Prius” səfirliyin maşını ilə toqquşdu - VİDEO