Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hər tərəfə fasiləsiz və pulsuz danış - Rəsmi
Tarix: 01-04-2015 | Saat: 00:07
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Hər tərəfə fasiləsiz və pulsuz danış - Rəsmi
"044" şəbəkə kodun 210, 211 və 212 prefiksləri ilə başlayan nömrə istifadəçiləri aylıq 15 manat abunə haqqı ödəməklə bütün ölkə üzrə pulsuz danışa biləcək”.

Bu sözləri Axar.az-a "Aztelekom" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Elmar Hüseynov Azərbaycanda yeni istismara verilən "044" telefon nömrələrinin üstünlüklərindən danışarkən bildirib.

Belə ki, "044" şəbəkə kodlu 210, 211 və 212 refiksləri ilə başlayan nömrələrə aylıq cəmi 15 manat abunə haqqı tətbiq edilir:
“Bu tarif paketinin müəyyən üstünlükləri var ki, abunəçilərə bu tarifdən istifadə etmək olduqca sərf edəcək. Bütün respublika üzrə “044” şəbəkə kodu istifadəçiləri üçün bütün zənglər pulsuzdur. Yəni bu tarif istifadəçisi aylıq 15 manat abunə haqqı ödəməklə bütün ölkə üzrə havayı danışa biləcək. Bu tarifdə heç bir limit tətbiq edilməyib. Tarif istifadəçisi aylıq 15 manat ödəməklə fasiləsiz olaraq istədiyi bölgə ilə danışa bilər.
Sadəcə, sizə daxil olan zənglər pulludur. Yəni bu tarif istifadəçilərinə gələn zənglər abunəçinin özü hesabına ödənilir. “044” şəbəkə kodu istifadəçiləri isə istədikləri bölgə, şəhər, ucqar kəndlə havayı danışa biləcəklər”.

Mətbuat xidmətindən onu da bildirdilər ki, “044" şəbəkə kodunun tətbiqi ilə yeni telefon nömrələrinin satışı respublikanın bütün ərazisində həyata keçirilir.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) CDMA simsiz rabitə ilə "044" şəbəkə kodunu tətbiq etməklə yeni telefon nömrələrini istismara verib. Nömrələr 210, 211 və 212 (məsələn, 210-xx-xx, 211-xx-xx və 212-xx-xx) rəqəmləri ilə başlayır.

Simsiz telefonları rabitə operatorlarının satış şöbələrində və telekommunikasiya qovşaqlarında əldə etmək olar.


Xəbəri paylaş

8538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___