Qəzənfər Paşayev Aşıqlar Birliyinə yeni sədr seçildi
Tarix: 03-03-2016 | Saat: 17:05
Bölmə:Karusel / Təhsil / Foto-fakt | çapa göndər
İclas keçirilib.
Mart ayının 3-də Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin növbədənkənar iclası keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, xalq şairi Zəlimxan Yaqubun vəfatından sonra ilk dəfə toplanan idarə heyətinin iclasını professor Qəzənfər Paşayev açıb.
Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra gündəlikdə duran əsas məsələyə - Azərbaycan Aşıqlar Birliyin yeni sədrinin seçilməsi məsələsinə baxıldı.
Ustad aşıq, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibov çıxış edərək bu vəzifəyə Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının namizədliyini irəli sürüb.
Ustad aşıqlardan İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov, Ulduz Quliyeva, Ağamurad Şirvanlı, Gülarə Azaflı və digərləri də bu təklifi dəstəkləyiblər. Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub.
Sonra Məhərrəm Qasımlı yeni vəzifədə görəcəyi işlərdən, qarşıda duran vəzifələrdən danışıb, yeni təyinatlar haqda məlumat verib.
İclasın qərarıyla Məhəmmədəli Məşədiyev yaradıcılıq məsələləri üzrə, Sənubər Bağırova beynəlxalq məsələlər üzrə, Musa Nəbioğlu mətbuat, informasiya və nəşriyyat məsələri üzrə, Ağamurad Şirvanlı regionlarla iş üzrə, Altay Məmmədli təşkilat və gənclərlə iş üzrə katiblər, professor Qəzənfər Paşayev Ağsaqqallar şurasının sədri, Elxan Məmmədli elmi işlər, Gülarə Azaflı isə qadın aşıqlarla iş üzrə sədrin müşavirləri, Abbas Musaxanoğlu və Nemət Qasımlı bədii şuranın həmsədrləri vəzifələrinə təsdiq olunublar.
İclasda Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev iştirak edib.
Xəbəri paylaş
7718 dəfə oxunub.
Digər xəbərlər

21-10-2016, 22:40
Sizi bəlalardan qoruyan - Zeytun yağı
10-12-2021, 11:10
300-dən çox qadın KİŞİLƏRİ DÖYDÜYÜ üçün həbs olunub – Azərbaycanda kişi sığınacaqları niyə yoxdur?
21-05-2015, 20:39
Əfsanəvi İtaliya futbolçusu Paolo Maldini klub yaradıb.
8-11-2016, 19:28
Cəlilabadda 3 otaqlı ev yandı, yaralı var
18-07-2021, 21:21
Şirvanda "patı" və "şüşə" satan narkotacir saxlanıldı
17-02-2017, 11:45
Sürücülərdən kreslo tələbinin səbəbi bəlli oldu
11-12-2021, 10:57
Bakıda “Range Rover” 3 maşına çırpılıb aşdı - FOTO