Bakıda polisə tabe olmayan qadın sürücü həbs edildi (VİDEO)
Tarix: 25-02-2016 | Saat: 11:45
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər
Fevralın 23-ə keçən gecə Bakıda yol polisi əməkdaşlarının əmrinə tabe olmayan qadın sürücü barəsində məhkəmə qərarı çıxarılıb.
"Xəbəraz.az "-in APA-ya istinadən verdiyi məlumata görə, bir neçə saat ərzində avtomobili tərk etmək istəməyən Viktoriya Vlasova cərimə meydançasında maşından düşüb. O, hadisə yerinə çağırılmış əməliyyat qrupu tərəfindən Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb.
Fevralın 24-də Viktoriya Vlasovanın işi Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmədə qadın sürücü barəsində 3 gün müddətinə inzibati həbs qərarı çıxarılıb və o, müvəqqəti saxlama yerinə göndərilib. Bundan başqa, Viktoriya Vlasovanın sürücülük hüququ da 1 il müddətinə məhdudlaşdırılıb.
Xatırladaq ki, YPX əməkdaşlarının "Saxla!” əmrinə tabe olmayan Viktoriya Vlasovanın idarə etdiyi "Hyundai” markalı avtomobil yaradılan süni tıxac nəticəsində saxlanılıb. İlkin araşdırma nəticəsində məlum olub ki, onun idarə etdiyi avtomobil dərmə borcuna və yol-nəqliyyat hadisəsi törədərək qaçdığına görə axtarışa verilib. Sənədlərini polis əməkdaşlarına təqdim etməyən Viktoriya Vlasova avtomobilin qapılarını bağlayaraq, düşməkdən imtina edib. Uzun çəkən danışıqlardan sonra avtomobil sürücüsü içəridə ola-ola evakuatora mindirilib və cərimə meydançasına aparılıb. Sonradan sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi də məlum olub.
Xəbəri paylaş
6778 dəfə oxunub.
Digər xəbərlər

16-04-2021, 00:12
Yunan nazir Türkiyədə söz atdı, Çavuşoğlu dərhal...
8-07-2016, 15:05
Fahriye Evcen və Burak Özçivit gizli evləndi - iddia
24-12-2015, 20:38
6 nəfəri güllələyən gəncin məmur atası işdən çıxarıldı - RƏSMİ
8-05-2019, 17:12
“28 Residence”dən sizə kreditli mənzillər -Fotolar
24-07-2017, 16:15
Maşallah Əhmədovla bağlı hökm dəyişdi - 6 il azaldıldı
22-10-2018, 14:28
Qabıq və meyvə arasındakı ağ hissəni mütləq yeyin
20-06-2018, 17:48
Lerikdə tükürpədən olay - Məmur qohumu 7-ci sinif şagirdini zorlayıb?
4-06-2016, 22:23
"Bir aya torpağımızı azad edə bilərdik, imkan vermədilər"
21-06-2017, 11:53
Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib - FOTO