Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“AST Telman”ın qardaşının obyekti söküldü
Tarix: 14-02-2016 | Saat: 21:51
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

“AST Telman”ın qardaşının obyekti söküldü
Moskvada “Sokol” metrostansiyası yaxınlığında Leninqrad şossesində yerləşən ticarət pavilyonları azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Fazil İsmayılova məxsus olub.

Xəbəraz.az anspress-ə istinadən verdiyi məlumata görə, buradakı ticarət obyektləri Fazil İsmayılovun Sokol rayonu şurasının rəhbəri və Moskva Şimal Dairəsinin qubernatorunun müavini postunda olarkən tikilib.

Moskva ticarət və xidmət departamentinin rəisi Aleksey Nemeryukun sözlərinə görə, bütün obyektlərin sahibləri qanunsuz tikililərin söküləcəyi haqda məlumatlı olub: “Demək olar ki, hər bir tikiliyə dair məhkəmə çəkişmələri olub. Biz bu obyektlərin şəhərdə olmasının qanuniliyini mübahisəli hesab edirdik. Bu binaların sahiblərinin kimliyi hamıya məlumdur. ”

Fazil İsmayılov Azərbaycanlı müflis olmuş milyarder Telman İsmayılovun böyük qardaşıdır (bəzi mənbələrdən bu məlumat təkzib olunur – red.). O 1951-ci ildə Moskvada doğulub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Xatırladaq ki, fevralın 9-na keçən gecə Moskvada şəhərə rəhbərliyinin qərarına əsasən paytaxtın müxtəlif metrostansiyaları yaxınlığında 97 ticarət obyekti sökülüb. Ticarət obyektləri sökülən biznesmenlər dəyən zərərin 30 milyard rubl təşkil etdiyini açıqlayıblar.


Xəbəri paylaş

6978 dəfə oxunub.

Digər xəbərlər
14-02-2019, 16:05 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___