Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
9 il yarım bir igidin ömrüdür" -Dəhşətli qəzada 4 nəfərin ölümünə səbəb olan məhkum
Tarix: 27-05-2019 | Saat: 13:49
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında məhkum Arzu Musayevin həyat hekayəsindən danışılıb.
Arzu Musayev – Cəzası: 9 il 6 ay: “Yas yerinə gəlirdim. Birdən qabağıma bir maşın çıxdı. Qaçmağa çalışdım, amma olmadı. O da sağ-sol edib qabağıma çıxdı, vurdum. Ölüm oldu. Bir nəfər məndə, 3 nəfər isə onda. 6 ay xəstəxanda qaldım. Vəziyyətim pis idi. Qılçam, qabırğalarım, daxili orqanlarım... 8 gün komada qaldım. Bu vəziyyətdə ya ölər, ya qalar bilinmirdi. Çox şükür ayıldım, indi yaxşıyam. Amma belə əziyyət çəkirəm, qılçamda dəmir var. O biri qəza törədən şəxs də sağdır, amma qılçası və burnu qırılmışdı. Ehtiyyatsızlıqdan oldu. Diqqət etmək lazımdır, qarşındakını saymaq lazımdır. Digər şəxsin maşında əmisioğlu və dostları idi. Mənim maşınımda isə tanımadığım bir şəxs idi, yas yerindən gələndə, benzin pulu çıxsın deyə onu da götürmüşdüm. Mənim maşınımdakı şəxs elə yerində ölmüşdü, çünki alın şüşədən çölə çıxmışdı. Məhkəmədə zərərçəkənlərin ailələri gəlmişdi. Məndən şikayət edən olmadı, o biri şoferdən şikayət etdilər, o da məndən etdi. O da həbs olunub. Mənə də, ona da ağır həbs cəzası verildi. Çəliksiz dura bilmirəm. Çətin həyat oldu deyə, evlənmək imkanım olmadı. Xəstə anam və bir bacım var. Evi saxlayan mən idim. Mən də belə oldum, qismət belə imiş. Məsləhətim odur ki, yola yuxulu, içkili, yüksək sürətlə çıxmayın. Azadlığa çıxandan sonra bəlkə də avtomobil sürmərəm, çünki bu qorxu canımda var. Peşmanam, gərək o şəxsi götürməsəydim deyirəm. 9 il yarım bir igidin ömrüdür. Bacım balacadır, subaydır. İmkan olanda gəlirlər, olmayanda yox. İnsanın arxası, köməyi olmaması daha çox sıxır”.


Xəbəri paylaş

3768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___