Bakıda həbsxanada məhkum ölüb
Tarix: 13-02-2016 | Saat: 10:25
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Hadisə ötən gecə baş verib.
Bakıda həbsxanada ölüm hadisəsi baş verib.
Xəbəraz.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Nizami rayonu ərazisində yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Məhkum, 25 yaşlı İbrahimov Nurani Fuad oğlu dünyasını dəyişib. Məlumatı APA-ya onun dayısı Əli Məmmədov verib. O, bildirib ki, hadisə ötən gecə baş verib və bir qədər əvvəl meyit Nizami Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən ailəsinə təhvil verilib. Bakının Hövsan qəsəbəsində yaşayan Nurani İbrahimov sabah dəfn ediləcək.
Nurani İbrahimov 2011-ci ildə Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum edilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən bildirilib ki, faktla bağlı rəsmi açıqlama sabah veriləcək.
Xəbəri paylaş
6868 dəfə oxunub.
Digər xəbərlər

11-07-2015, 19:08
Ağ çimərlik geyimində kamera qarşısına keçib. - FOTO
27-01-2016, 13:03
Aydın Əliyev: "İdxal olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsində yenilik edilib"
31-01-2019, 13:37
Azərbaycanda toyuğun çəkisi süni şəkildə artırılır
24-07-2016, 22:02
Göyçayda “VAZ 2107” velosipedçini vuraraq öldürdü
21-03-2017, 12:10
Azərbaycanın məşhur kosası müflis oldu
9-02-2017, 20:52
Azərbaycanda toy adətləri: cehizlər niyə dəyişir? - VİDEO
7-05-2016, 17:08
Ermənilərin məkrli Azərbaycan planı –prezident İlham Əliyev düşmənin 1 saylı hədəfidir... - Faktlar
12-02-2016, 10:37
Çəkmələrinizdən qoxu gəlməsin deyə... - ÇARƏ
24-04-2017, 10:35
Məktəb direktoru yıxılaraq ölüb - BAKIDA