Azərbaycanda toy adətləri: cehizlər niyə dəyişir? - VİDEO
Tarix: 09-02-2017 | Saat: 20:52
Bölmə:Karusel / Maraqlı / Xəbəraz TV | çapa göndər
Cehiz, xalqımızın qədim adətlərindəndir. Hətta elə bölgələrimiz var ki, qız uşağı doğulan gündən valideynlər onun üçün cehiz yığmağa başlayırlar. Bu adətin yaranmasından əsrlər ötsə də, qızlarımız hələ də ər evinə cehizsiz köçmürlər. Amma illər bu adəti də dəyişdirib. Dəyişiklik adətlə yox, verilən cehizliklərlə bağlıdır. Yəni cehizin tərkibi dəyişib.
"Xəbəraz.az " xezerxeber.az-a istinadən bildirir ki, yun çırpmaq, saysız qab-qacaq yığmaq, evi əşya ilə doldurmaq adəti unudulmaq üzrədir.
Adət hələ də qalsa da, cehiz verilən əşyalar yerlərini müasir olanlarına verib. İndi gəlin köçən qızın cehizini paltaryuyan, qabyuyan, ət və sokçəkən kimi məişət əşyalarsız təsəvvür etmək olmur.
Müasir çarpayılar döşək sırımaq adətini də getdikcə unutdurur. Xüsusilə də şəhər yerlərində döşəyə maraq azalıb.
Əvvəllər klassik qab-qaşıq dəbdə idisə, indi rəngarəng olanları gündəmdədir. Mebelin vitrininə çoxlu qab yığmaq modası da dəbdən düşüb. Artıq bahalı şkaflara az sayda qab-qaşıq düzülür. Gəlin köçən qıza istifadə edəcəyindən çox daha artıq cehiz vermək adəti də tarixə qovuşur.
Qeyri-adi üslubda hazırlanan çilçıraqlar isə müasirlikləri ilə klassik olanlarını geridə qoyur.
Qarabağ, Gəncə, Qazax və Qubanın məşhur xalçalarına da maraq azalıb. İndi cehizdə rəngli kilimlər üstünlük təşkil edir.
Xəbəri paylaş
8988 dəfə oxunub.
Digər xəbərlər

29-05-2021, 10:28
“8 Noyabr” metrostansiyası istifadəyə verildi
11-09-2015, 21:53
Ramil Usubov polis rəisini işdən çıxartdı
10-11-2021, 10:46
Bu kənddə qadınların saçının uzunluğu 2 metrə çatır - FOTO
11-07-2016, 23:26
"iPhone 7"nin ilk görüntüləri ələ keçdi — FOTO
22-01-2019, 15:40
Tələbə qız dəm qazından zəhərləndi-Şamaxıda
2-03-2016, 15:24
Kəmaləddin Heydərov pakistanlı generalı qəbul edib
24-03-2017, 14:15
Avropa 16 apreldən sonra sürprizlə qarşılaşacaq - Ərdoğan
19-08-2018, 19:24
Azərbaycanda benzinin qiyməti qalxdı - Son qiymət
1-07-2015, 21:00
Azərbaycanlı aparıcı Türkiyədə nişanlandı- Fotolar
13-09-2015, 15:14
qoca öz məharəti ilə görənləri heyran qoyur- Fotolar