Zaqatalada avtomobil körpüdən aşdı: Ölən var - FOTO
Tarix: 29-01-2016 | Saat: 23:12
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Faktla bağlı araşdırma aparılır.
Zaqatalada ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Xəbəraz.az -ın APA-ya istinadən məlumatına görə, hadisə yanvarın 29-u, axşam saat 19:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 117-ci kilometrliyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.
Zaqatala şəhər sakini, 1965-ci il təvəllüdlü Etibar Abdulla oğlu Eminov idarə etdiyi “VAZ 21074” markalı 90 AC 142 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəkidən Zaqatala istiqamətində hərəkətdə olarkən magistiral yolun buzlu olması səbəbindən idarəetməni itirərək maşını körpüdən aşağı aşırıb.
Qəza nəticəsində sürücü Etibar Eminov yüngül xəsarət alıb. Qəza zamanı avtomobildə sərnişin qismində olan, Bakı şəhəri, Corat qəsəbə sakini 1968-ci il təvəllüdlü Fərhad Məlikheydər oğlu Xankişiyev zərbənin gücündən maşının qabaq şüşəsindən çıxaraq yerə çırpılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Fərhad Xankişiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Qeyd edək ki, avtomobili idarə edən Etibar Eminov Azərbaycan Respublikası Energetika nazirliyinin nəzdindəki Dövlət Enerji Nəzarəti İdarəsinin Şəki regional şöbəsinin rəisi vəzifəsində çalışır.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Xəbəri paylaş
6428 dəfə oxunub.
Digər xəbərlər

15-02-2016, 11:59
Ankarada Xocalı Soyqırımı ilə bağlı beynəlxalq panel keçiriləcək
10-08-2015, 20:26
Aygün Kazımova Gunel Zeynalova ilə Türkiyədə - foto
14-02-2018, 12:59
Xumar Qədimova : “Sevdiyin kişi çirkin və pullu olmalıdır”.
23-02-2017, 18:23
Avroliqada 1/8 finalçılar müəyyənləşir
16-05-2022, 10:27
İlham Əliyev BƏƏ-nin Bakıdakı səfirliyində olub, Al Nəhyanın vəfatı ilə əlaqədar başsağlığı verib - FOTO
13-07-2016, 21:57
"Azərsu" ingilislərə cavab verdi: "Olar..."
16-09-2016, 23:16
Leyla Əliyeva Müslüm Maqomayevin xanımı ilə - fotolar