Bakıda polis əməliyyatı: Qanunsuz silahlar aşkarlandı
Tarix: 21-01-2016 | Saat: 16:35
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
DİN məlumat yaydı.
Bakıda polis tərəfindən keçirilən 2 əməliyyatda qanunsuz saxlanılan silahlar aşkar edildi.
Xeberaz.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Hümbətovun yaşadığı mənzilinə baxış zamanı “TT” markalı tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.
Digər əməliyyat isə Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı idarəsi əməkdaşları tərəfindən yanvarın 12-də həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Ağayevin Balaxanı qəsəbəsindəki evindən lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi və 13 ədəd patron aşkar edilərək götürülüb.
V.Ağayevin yaxınlarından biri “TOZ-8” markalı nömrəsi silinmiş ov tüfəngini və ona aid nişangahı könüllü olaraq BBPİ-yə təhvil verib və bu silahın da V.Ağayevə məxsus olmasını bildirib.
Xəbəri paylaş
6728 dəfə oxunub.
Digər xəbərlər

9-04-2017, 13:14
Aparıcı ərinin öldüyünü canlı yayım zamanı öyrəndi
27-01-2023, 13:47
Səfirliyimizə hücum zamanı şəhid olan Orxan baş həkimin oğludur
12-05-2016, 17:08
Qondarma rejim: “Tiflisin revanşından qorxuruq”
8-04-2017, 15:57
Türklər Mübariz İbrahimov haqda film çəkdi - (VİDEO-FOTO)
21-10-2016, 22:49
Azyaşlıları soyan şəxslərdən ŞOK AÇIQLAMA: "Dərman içmişdim, şeytan aldatdı" -VİDEO
12-01-2016, 16:47
Türkiyədə otel yanır - FOTO + VİDEO - YENİLƏNİB
3-10-2016, 14:36
Ərdoğan çıxışa başladı, salonu tərk etdilər…
5-04-2017, 16:48
May ayının qeyri-iş günləri açıqlanıb
17-05-2017, 12:12
Akasiyanın ŞƏFAVERİCİ GÜCÜ - varikoz, bronxit, təzyiq...
21-06-2017, 16:13
Türk müğənni azərbaycanlı bəstəkarın mahnısını oxudu - Video