Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda polis əməliyyatı: Qanunsuz silahlar aşkarlandı
Tarix: 21-01-2016 | Saat: 16:35
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda polis əməliyyatı: Qanunsuz silahlar aşkarlandı
DİN məlumat yaydı.

Bakıda polis tərəfindən keçirilən 2 əməliyyatda qanunsuz saxlanılan silahlar aşkar edildi.

Xeberaz.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Hümbətovun yaşadığı mənzilinə baxış zamanı “TT” markalı tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

Digər əməliyyat isə Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı idarəsi əməkdaşları tərəfindən yanvarın 12-də həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Ağayevin Balaxanı qəsəbəsindəki evindən lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi və 13 ədəd patron aşkar edilərək götürülüb.

V.Ağayevin yaxınlarından biri “TOZ-8” markalı nömrəsi silinmiş ov tüfəngini və ona aid nişangahı könüllü olaraq BBPİ-yə təhvil verib və bu silahın da V.Ağayevə məxsus olmasını bildirib.


Xəbəri paylaş

6688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___