Sabah hava necə olacaq?
Tarix: 19-11-2018 | Saat: 15:08
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakıda və Abşeron yarımadasında noyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-17, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.
Bölgələrdə də sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti , gündüz 5-10 dərəcə isti təşkil edəcək.
Noyabrın 20-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün müsbət amil olsa da, atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Xəbəri paylaş
4318 dəfə oxunub.
Digər xəbərlər

23-04-2021, 14:44
Goranboy Icra Başçısına Qarşı Etiraz: “Cənab Prezident Şəhidlərin Ruhuna Xatir Bizə Kömək Olun” -Video
22-06-2015, 18:41
YENƏ CANINDAN BEZƏN VAR
30-10-2015, 00:41
7 ermənini güllələyənlərdən biri azərbaycanlıdı
23-12-2017, 21:04
Aygünün daha bir YALANI ÜZƏ ÇIXDI: "O da gop idi"
13-09-2017, 10:54
“Qarabağ” “Dumanlı Albion”da leysana düşdü
19-08-2023, 22:26
ABŞ-də bir dollara ev satışa çıxarıldı
19-05-2022, 13:01
Sabah güclü külək əsəcək, yağış yağacaq - HAVA PROQNOZU
9-05-2016, 18:06
Hindistanda beynəlxalq yarmarka keçiriləcək
18-12-2020, 20:49
Siyasi nizamlamaya çıxmağımızda Rusiya Prezidentinin çox böyük rolu olub - İlham Əliyev
30-08-2017, 15:07
"3 övladımı uşaqlar evindən götürmüşəm" - Roza Zərgərli