Siyasi nizamlamaya çıxmağımızda Rusiya Prezidentinin çox böyük rolu olub - İlham Əliyev
Tarix: 18-12-2020 | Saat: 20:49
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Həftə-Reytinq | çapa göndər
"Sentyabrın 27-də, ermənilərin xaincəsinə hücumundan sonra mən Ali Baş Komandan kimi “İrəli!” əmrini verdim. Biz öz xalqımızı, öz ölkəmizi müdafiə etməli idik. Bizim əməliyyatlar nəticəsində 44 gündən sonra düşmən kapitulyasiya etdi".
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycan Ordusunun əks-hücum əməliyyatının nəticələrindən danışarkən bildirib.
“Bu müddət ərzində biz 300-dən artıq yaşayış məntəqəsini, strateji yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələrini, Xocavənd rayonunun bir hissəsini, Murovdağ dağ silsiləsini, həmçinin Laçın, Kəlbəcər rayonlarının bir hissəsini azad etdik. Noyabrın 8-də isə haqlı olaraq, Qafqazın incisi və Azərbaycan xalqının qəlbi hesab edilən Azərbaycanın qədim Şuşa şəhəri erməni işğalından azad olundu. Bununla da, əslində, hərbi əməliyyatlara son qoyuldu, çünki Şuşa şəhərinin alınmasından və azad edilməsindən sonra erməni ordusunun hər hansı müqaviməti tamamilə mənasız idi və hərbi əməliyyatların davam etdirilməsi böyük insan itkisinə səbəb ola bilərdi. Çünki erməni ordusu darmadağın edilmiş və mənəvi cəhətdən sarsıdılmışdı, onun bir hissəsi mühasirədə idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinin fəal iştirakı imzalanmış üçtərəfli bəyanatı xatırladan Prezident İlham Əliyev deyib: “Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış həmin bəyanatın mətni dərc edilib və əminəm ki, həmkarlarım bu mətnlə tanış olublar. Orada çox mühüm bəndlər var. O cümlədən dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir hissəsinin azad edilməsi nəzərdə tutulurdu. Razılaşmanın bəndləri yerinə yetirilib. Onu da deməliyəm ki, fəal hərbi əməliyyatlar dövründə mən Vladimir Vladimiroviç Putinlə, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla həmişə əlaqə saxlayırdım. Düşünürəm ki, bu gün siyasi nizamlamaya çıxmağımızda Rusiya Prezidentinin çox böyük rolu olub. O, daim əlaqədə idi, xüsusən noyabrın 9-da atəşin dayandırılması üçün çox səmərəli və fəal işləyirdi”.
Xəbəri paylaş
3788 dəfə oxunub.
Digər xəbərlər

7-09-2015, 14:17
Alim: Quranda “hicab” sözünün baş örtüyünə heç bir dəxli yoxdur
7-10-2016, 00:50
Tanınmış meyxanaçının ikinci övladı doğuldu - FOTO
4-09-2015, 04:19
Azisi yenidən Bakıya dəvət etməklərinə səbəb ?(VİDEO)
26-09-2015, 13:59
Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib.
19-04-2016, 12:51
Neftçalada qardaşını qətlə yetirən şəxs həbs olundu
5-12-2015, 15:50
“Günəşli”dən SON XƏBƏR: 25-dən çox neftçi xilas edildi, əməliyyat davam edir - YENİLƏNİB
20-08-2020, 10:30
Əli Həsənovun vəziyyəti ağırlaşdı - Təcili Türkiyəyə aparıldı
13-12-2015, 08:33
Türkiyənin rəqibləri bəlli oldu (FOTO)
24-01-2018, 11:38
“Heç bilmirəm anası çox dərd çəkir, yoxsa mən?!” - “Aprel şəhidi”, polkovnik Vüqar Yusifovun XANIMI