"Ciddi qanunsuzluqlar aşkarlanıb" - Nazirdən şok açıqlama
Tarix: 14-07-2018 | Saat: 18:13
Bölmə:M / Karusel / Səhiyyə | çapa göndər
"Araşdırmalar nəticəsində pensiya təyinatı sahəsində ciddi qanunsuzluqlar, saxta sənədlər tərtib olunmaqla pensiya təyinatlarının aparılması halları aşkar edilib, belə hallarla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib".
APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən müşavirədə bəyan edib.
Nazir ümumilikdə pensiya təyinatı sisteminin elektronlaşdırılması ilə bu sahədə şəffaflığın tam təmin ediləcəyini qeyd edib.
S.Babayev stasionar və səyyar formada sosial xidmətlər sahəsində də ciddi nöqsanların mövcud olduğunu, sosial xidmət müəssisələrində ştat vahidləri üzrə işə qəbul edilənlərin sayı ilə faktiki işləyənlərin sayı arasında fərqlərin aşkar olunduğunu, belə halların aradan qaldırılması üçün tədbirlərin görüldüyünü qeyd edib, sosial xidmətlərdə formal yanaşmaların aradan qaldırılmasını tapşırıb.
Nazir bildirib ki, risk qrupu xəstəlikləri ilə əlaqədar cari ilin birinci rübündə aparılmış əlillik təyinatları araşdırılarkən yanlışlıqlar aşkar edilib, həmin şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb. Ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb. Artıq cari ilin ikinci rübünə dair əlillik təyinatları üzrə araşdırmalar aparılır. Araşdırmalar ikinci və üçüncü qrup əlillik təyinatlarını da əhatə edəcək.
S. Babayev reabilitasiya müəssisələrində də nöqsanlara yol verildiyini, bir çox hallarda növbəliliyin pozulduğunu, bununla bağlı ciddi tədbirlərin görüldüyünü qeyd edib, bu müəssisələrdə çalışanların bilik və peşəkarlıq səviyyələrinin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Xəbəri paylaş
1 0958 dəfə oxunub.
Digər xəbərlər

29-10-2017, 12:15
Boksçumuz erməniyə qalib gələrək Avropa çempionu oldu
30-12-2022, 11:09
Bakıda dəhşət - Ər arvadının başını, özününsə damarını kəsib öldürdü
27-10-2015, 13:45
Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd olunacaq
14-09-2018, 19:37
Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin əməkdaşlarını təltif edib
21-01-2016, 01:11
“Mersedes” və “VAZ” markalı minik avtomobillərinin toqquş
21-01-2016, 14:42
Səfirimiz etimadnaməsinin surətini təqdim edib
22-04-2017, 22:37
İlkin Həsəninin nişanlısının xına mərasimindən -Fotolar
19-05-2022, 10:24
Bu mazı həftədə 2 dəfə başınızın tüksüz hissəsinə sürtsəniz gördüklərinizə inanmayacaqsınız
20-01-2023, 16:45
"Biz ögey qardaş imişik" - Allahşükür Paşazadə
10-03-2016, 15:57
Azərbaycanda qadını döyüb öldürdülər