Novruz Bayramı ilə ilaxır çərşənbə eyni gün olacaq? - AÇIQLAMA
Tarix: 20-02-2018 | Saat: 14:15
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“Bu il martın 20-nin ilaxır çərşənbəyə təsadüf etməsi bəzi insanlarda çaşqınlıq yaradır. Lakin insanlar bilməlidirlər ki, bu il ilaxır çərşənbə ilə Novruz bayramı günü deyil, bayram axşamı üst-üstə düşəcək”.
Xəbəraz.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.
Onun sözlərinə görə, fevralın 27-də ilk çərşənbə - Su, martın 6-da Od, martın 13-də Yel, martın 20-də Torpaq çərşənbəsi qeyd olunacaq. Martın 20-si axşam bayram axşamı, martın 21-i isə bayram günü olacaq:
"Azərbaycanda insanlar bayramdan bir gün əvvəl dünyasını dəyişən yaxınlarının qəbri üstünə gedirlər. Buna görə də martın 20-də, yəni bayram axşamı günündə insanlar dünyasını dəyişənlərin qəbri üstünə gedəcəklər. Martın 21-də isə səhər saat 8-də il təhvil veriləcək və yaz fəsli başlayacaq. Həmin gün bayram günü kimi qeyd ediləcək”.
A.Əhmədli qeyd edib ki, ilaxır çərşənbə ilə bayram axşamının üst-üstə düşməsi az təsadüf olunur. Amma daha nadir rast gəlinən hal ilaxır çərşənbə ilə bayram gününün üst-üstə düşməsidir: “Bu hadisə qərinədə bir dəfə olur. Sonuncu dəfə 2008-ci ildə ilaxır çərşənbə ilə bayram günü üst-üstə düşüb. Bu il ilaxır çərşənbə ilə bayram axşamının üst-üstə düşməsi ilaxır çərşənbənin bayram əhval-ruhiyyəsini zəiflətmir, əksinə daha da gücləndirir”.
Fevralın 20-dən “kiçik çilə”nin başa çatdığını və “Boz ay”ın başladığını xatırladan A.Əhmədli bildirib ki, “Boz ay” 4 çərşənbədən ibarətdir: “Bəzi alimlər Novruz çərşənbələrinin sayının 7 – Su çərşənbəsinə qədər 3 yalancı çərşənbənin olduğunu bildirirlər. Amma Azərbaycanda dövlət səviyyəsində 4 əsas çərşənbə qeyd edilir. Bunlar dünyanın yaranışı üçün vacib olan 4 əsas ünsürdür”.
Xəbəri paylaş
1 9208 dəfə oxunub.
Digər xəbərlər

3-06-2016, 14:59
İlham Əliyev: "Məqsədimiz Azərbaycanın daha da güclənməsidir"
17-03-2016, 19:14
Həlak olan neftçilərə abidə qoyulacaq (FOTO)
28-08-2016, 17:27
Səbəbsiz susuzluq hansı xəstəliklərin simptomu ola bilər
1-05-2016, 08:13
Bürclər: 1 may
1-05-2018, 11:04
Bakıda dəhşətli qətl-Oğlanla qız bıçaqlanıb, qız ölüb
17-12-2016, 16:56
Canlı yayımda QALMAQAL: Aparıcı aktrisanın paltarını soyundurdu - VİDEO
27-05-2017, 15:54
Mehriban Əliyevanın fəaliyyəti dərin hörmət və heyranlıq doğurur - Mariya Zaxarova
14-02-2017, 13:56
Qarın ağırlığına tab gətirməyən ev uçdu - Masallıda
2-01-2018, 16:53
İtkin düşmüş alpinistlərlə bağlı qərargah rəisindən AÇIQLAMA