Türkiyədən namizədlik şüarı: Birlikdə paylaşaq
Tarix: 19-01-2018 | Saat: 18:01
Bölmə:Karusel / İdman | çapa göndər
Futbol üzrə 2024-cü il Avropa çempionatı üçün ev sahibliyinə namizədliyini verən Türkiyə loqo və şüarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, tədbir Türkiyə Futbol Federasiyasının (TFF) milli komandaların təlim-məşq bazasında baş tutub.
Tədbirdə Türkiyənin gənclik və idman naziri Osman Aşkin Bak, TFF-in prezidenti Yıldırım Dəmirörən, milli komandanın baş məşqçisi Mirça Luçesku, həmçinin federasiya rəsmiləri və qonaqlar iştirak ediblər.
Final mərhələsinə namizədliyin təcəssüm olunduğu loqoda top, həmçinin 2024 və Türkiyə sözləri əksini tapıb. Namizədlik şüarı isə “Birlikdə paylaşaq” kimi tərcümə olunur.
Türkiyə AVRO-2024-ə ev sahibliyi hüququna yiyələnsə, çempionatın qarşılaşmaları 9 şəhərin 10 stadionunda keçiriləcək. Bunlar İstanbulun 2 arenası, eləcə də, Bursa, Antalya, Əskişəhər, Qaziantep, Konya, Trabzon, Kocaeli və Ankaradakı stadionlardı.
Qeyd edək ki, AVRO-2024-ü qəbul etməyə Türkiyə və Almaniya namizəddi. Final mərhələsinin keçiriləcəyi yer bu ilin sentyabrın 24-də müəyyənləşəcək.
Xəbəri paylaş
6358 dəfə oxunub.
Digər xəbərlər

19-03-2022, 14:15
Gəncədə bədbəxt hadisə - xəsarət alanlar var
3-12-2015, 10:46
Elmar Vəliyev: “Təxribat Gəncədə hələ əvvəl başlamışdı”
8-11-2023, 12:44
Burun axıntısını dəqiqələr ərzində yox edən - Təbii üsul
11-02-2018, 11:19
Yeni yaradılan institutda təhsil pulsuz olacaq – VİDEO
6-03-2021, 17:56
"Qaçqınkom":40 min köçkün ailəsi inzibati binalarda yaşayır
2-02-2016, 12:23
Gürcü nazir İrəvanda Azərbaycanın əhəmiyyətindən danışdı
16-03-2017, 15:14
BAKIDA MÖCÜZƏ: özünü 12-ci mərtəbədən atdı, sağ qaldı
12-12-2017, 15:37
Hacıqabulda faciə: Ana və iki uşağı öldü
26-02-2016, 09:27
Bakıda kasıblar üçün pulsuz mağazanı bir günə boşaltdılar (FOTO)
14-06-2016, 20:24
Tehran-Təbriz-Bakı aviareysi açılır