Elmar Vəliyev: “Təxribat Gəncədə hələ əvvəl başlamışdı”
Tarix: 03-12-2015 | Saat: 10:46
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində bir qrup radikal şəxslərin ölkədə ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətmək, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməyə yönəldilmiş hərəkətlərinə münasibət bildirilməsi ilə əlaqədar Gəncə şəhər ictimaiyyətinin toplantısı keçirilib
Toplantını açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bir neçə gün öncə Bakının Nardaran qəsəbəsində bir qrup şəxsin törətdiyi əməlləri pisləyərək onların hərəkətlərinin yolverilməz olduğunu bildirib.
Heç bir qruplaşmaya ölkədə sabitliyi pozmağa icazə verilməyəcəyini deyən E.Vəliyev qeyd edib ki, təxribat Gəncədə hələ bir müddət əvvəl başlamışdı.
“Oktyabrın 23-də şəhərdəki Cümə məscidinə toplaşan bir qrup radikal şəxs asayişi pozaraq dini ayin keçirmək adı altında ekstremist hərəkətlər etmiş, nəticədə hüquq-mühafizə orqanları tərəfindən 82 nəfər həbs olunmuş, digərləri isə ərazidən uzaqlaşa bilmişdilər. Dindirilmə zamanı məlum olmuşdu ki, həbs olunanların çoxu digər bölgələrdəndir” - deyə E.Vəliyev bildirib.
Sonra şəhər ağsaqqallar şurasının sədri Xalid Orucov, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə nümayəndəsi Hacı Tahir Abbasov və başqaları çıxış edərək Nardaran hadisələrini pisləyib, ölkədə milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısından danışıblar.
Tədbirin sonunda Gəncə dindarları adından ölkə ictimaiyyətinə Nardaran hadisələrini pisləyən müraciət qəbul olunub (APA).
Xəbəri paylaş
5418 dəfə oxunub.
Digər xəbərlər

4-12-2016, 11:11
Prezident xanımı ilə Tərtər sakininin evində - Fotolar
25-03-2022, 15:08
KASETLİ BOMBA DÜŞMÜŞ MƏNZƏRƏNİ DƏ XATIRLADAN Qızılağac KƏND BƏLƏDİYYƏSİ DƏ MƏHZ GÖYÇAYINDIR
17-12-2022, 12:30
Bakı-Quba yolunda daha bir ağır qəza - VİDEO - FOTO
2-02-2022, 09:08
Bakıda ərəblər gənc qıza kəsici alətlə xəsarət yetiriblər - FOTO
20-08-2022, 11:08
Yaşlı qadının evinə basqın edən 5 nəfər tutuldu - FOTO
6-01-2016, 13:16
Yol polisi adam vurub öldürdü - GÜNAHKAR ÖLƏN OLDU
13-08-2021, 10:38
Azərbaycan yenə sərt karantinə gedir? - Qarşımızda iki yol var...
21-01-2020, 11:51
“Getsin alverini eləsin, Milli Məclisdə nə işi var?” - Zaur Əhməd
19-08-2023, 14:07
"Nikosayağı”nın son vəziyyəti açıqlandı: "Müalicə prosesi davam edir”