Mirzə Ələkbər Sabirin ev muzeyi söküldü - FOTO
Tarix: 22-09-2017 | Saat: 16:15
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Şeirləri dillər əzbəri olan məşhur azərbaycanlı şair Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev muzeyi sökülüb.
İsmayıllı Region Mədəniyyət və Turizm idarəsinin Şamaxı rayonu üzrə rəhbəri Rafael Tağıyev bildirib ki, buna səbəb evin bir divarının uçması olub.
Onun sözlərinə görə, muzeyin sökülməsinə Mirzə Ələkbər Sabirin nəvələri Elçin və Gündüz Tahirli qərar veriblər: "Onlar artıq yeni layihəni təsdiqləyiblər. Yaxın zamanlarda muzeyin tikintisi başa çatacaq. Muzeydə olan bütün əşyalar hazırda Şamaxı Mərkəzi Kitabxanasında polis mühafizəsi altında saxlanılır. Tikinti başa çatdıqdan sonra əşyalar əvvəlki şəkildə öz yerlərinə yerləşdiriləcək".
R.Tağıyev qeyd edib ki, ev əvvəlki formasında və şərq memarlıq üslübunda olacaq: "Bu binada əvvəlkindən fərqli olaraq konfrans zalı və fond otaqları yerləşəcək. Binanın tikintisi ilə nəvələri şəxsən məşğul olur. Onlar bu yaxınlarda Mirzə Ələkbər Sabirin gəlininin dəfn mərasimi üçün Şamaxıya gəlmişdilər. Gəlini Sabirin yanında dəfn olunub".
Qeyd edək ki, M.Ə.Sabir 1911-ci ildə 49 yaşında Şamaxıda vəfat edib və doğma şəhərində torpağa tapşırılıb.report
Xəbəri paylaş
6128 dəfə oxunub.
Digər xəbərlər

27-12-2019, 11:29
Ramil Usubovun oğluna yeni vəzifə verilib
6-04-2015, 14:31
Azərbaycan prezidenti kiçik Həcc ziyarəti edəcək.
28-04-2016, 19:30
Türkiyə Suriyanı vurdu: 11 ölü
19-03-2021, 07:43
Makron: İran bunu dayandırmalıdır!
27-03-2018, 11:38
Şamaxı sakini intihar edib
25-02-2017, 12:03
Millimizin üzvü olan avtobusa hücum - Yaralılar var+Fotolar
8-07-2018, 08:31
Türkiyədə mədən çökdü, ölənlər var
9-10-2023, 09:58
Samirə Əfəndi ailəsi ilə birlikdə İsraildən çıxdı - FOTO
22-12-2016, 13:31
Prezident 4 spikerlə bu binanın açılışını etdi - Foto
19-01-2016, 13:20
Twitter bütün dünyada çökdü