Azərbaycanda cücəyə görə 21 yaşlı qızı öldürdülər - TƏFƏRRÜAT
Tarix: 22-04-2015 | Saat: 13:41
Bölmə:Hadisə | çapa göndər
Qətli törədən gənc polisə təslim olub
Xeberaz.az xəbər verir ki,İmişli rayonunda qətl törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, bu gecə saat 00:10 radələrində rayonun Qaragüvənlikli kəndində yaşayan 1992-ci il təvəllüdlü Tağıyev Vüsal Atamoğlan oğlu bibisi qızı, 1994-cü il təvəllüdlü Hüseynova Emilya Bahadur qızını bıçaqlayaraq öldürüb. E. Hüseynova hadisə yerində dünyasını dəyişib. V. Tağıyev hadisədən dərhal sonra şöbəyə gələrək polisə təslim olub.
Bildirilir ki, E.Hüseynovanın anası bir neçə il əvvəl boşanıb və bundan sonra qardaşının evində məskunlaşıb. Hər il yaz mövsümündə olduğu kimi E.Hüseynova qutuda cücə saxlayırmış. O, qutunu dayısı oğlunun otağına yerləşdiribmiş. Otağından xoşagəlməz qoxunun gəlməsindən narahat olan V.Tağıyev bibisi qızına bununla bağlı irad bildirib və cücələrini otaqdan aparmasını tələb edib. Bundan sonra dayıoğlu ilə bibiqızı arasında münaqişə yaranıb və 23 yaşlı oğlan bıçaqla 21 yaşlı bibisi qızına zərbə endirib. Kürək nayihəsindən ağır yaralanan gənc qızın həyatını xilas etmək mümkün olmayıb.
Fakta bağlı İmişli rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Xəbəri paylaş
7938 dəfə oxunub.
Digər xəbərlər

6-06-2016, 13:58
Savçenko hərbi vertolyotun sükanı arxasına keçdi
22-11-2017, 11:07
Qarabağda mina partladı - 3 erməni əsgər öldü, 1-i yaralıdı
21-07-2015, 10:19
Prezident İlham Əliyev türkiyəli həmkarına - Başsağlığı verdi
17-05-2018, 10:34
İsrail Qəzzanı yenə bombaladı
14-03-2015, 13:14
Bakıda avtoxuliqan xanımın yolunu kəsib əl-qol atdı - VİDEO
13-05-2015, 16:34
Bakı 2015 I Avropa Oyunlarının startına 30 gün qalıb
10-06-2017, 11:16
Oksana ağladı: "İslam mənə arxadan zərbə vurdu"-Video
17-12-2016, 18:50
Çiy kartof dilimini hər gecə üzünüzə sürtsəniz...
12-11-2020, 10:12
İnternetə tətbiq olunan məhdudiyyət aradan qaldırıldı