Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Artıq qurtardı, hövsələm yoxdur” - Prezident İlham Əliyev
Tarix: 13-10-2015 | Saat: 03:41
Bölmə:M / Karusel / Gündəm / Müsahibə | çapa göndər

“Artıq qurtardı, hövsələm yoxdur” - Prezident İlham Əliyev


Yerli icra hikimiyyəti və hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar.

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilindoqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.

Azərbaycan Prezidenti bildirib:

“Bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə borclu deyil. Nə yerli icra hakimiyyəti orqanlarına, nə də hüquq-mühafizə orqanlarının nümayəndələrinə. Sahibkar yalnız dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu dözülməz haldır. 9 ayda 67 minə yaxın iş yeri yaradılıb, 30 min bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə də məlumat verilsin. İş yerlərini bağlayan sahibkarları dəvət edib, soruşmaq lazımdır... Əlbəttə, bunun obyektiv səbəbləri var, amma subyektiv səbəbləri də var. Gəlirlər əsassız tələblər irəli sürürlər, sanki kimsə bunlara borcludur. Heç kim, heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu bizim siyasətəmizə ziddir, digər tərəfdən imkan vermir ki, iqtisadiyyatımız inkişaf etsin. İmkan vermirlər sahibkarlar ölkədə rahat işləsinlər”.

"LİSENZİYA DA PUL MƏNBƏYİDİR"

İlham Əliyev deyb ki, ölkəmizdə lisenziyaların sayı həddindən artıq çoxdur:

“Mənə verilən məlumata görə, getdikcə lisenziyaların sayı artır. Əksinə azalmalıdır Amma bizdə artır. Niyə görə?! Çünki qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da pul mənbəyidir, qanunsuz varlanmaq mənbəyidir. Nəyə lazımdır bu?! Buna çox ciddi baxmaq lazımdır. Hökumət təkliflər versin, hansı lisenziyalar verilir, əsaslıdır, əsaslı deyil? Lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat modelini, bazar iqtisadiyyatı yolunu seçmişik. Biz bu yolla gedirik və görün nə qədr uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar, yoxlamalar, rüşvətxorluq, lisenziyalar, haq qoymaq olmasaydı biz nə qədər böyük uğurlar əldə edərdik, büdcəmiz nə qədər artardı. Nə qədər buna dözmək olar? Artıq qurtardı, hövsələm yoxdur! Hər kəs nəticə çıxartsın. Nəticə çıxartmasa cəzalandırılacaq".


Xəbəri paylaş

1 2598 dəfə oxunub.

Digər xəbərlər
28-05-2015, 21:31 36 xeyirli vərdiş
31-12-2015, 01:50 “Qubaya qar yağır

bütün xəbərlər
____ Instagram ___