Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Onlar məndə ümid gəzir"
Tarix: 29-11-2023 | Saat: 14:52
Bölmə:M / Karusel / Gündəm / Səhiyyə | çapa göndər


Körpə ilk dəfə yıxıla -dura addım atdığında, ilk kəlməni söylədiyində valideyinin sevincinin həddi-hüdudu olmur. Hətta o günü tarix olaraq yaddaşına həkk edib, gələcəkdə övladına, "sən filan tarixdə ilk addımını atdın, ilk dəfə söz söylədin" deyir.

Onun "övladları" isə yerimək, danışmaq, yemək yemək, hətta hərəkət etmk bacarıqlarını itirmiş yetkin insanlardır.  Onların hər birinin iztirablarını bir ömür çiyinlərində daşımaq zərif bir qadın üçün olduqca böyük yük olsa da, Maral xanım buna səbrlə qatlanmağı bacarır. 

Maral xanım kimdir, gəlin birlikdə tanış olaq.

Maral Kamandar qızı Qarayeva 1998-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş və 2004-cü ildə  müalicə isi fakültəsini bitirmişdir. Universiteti bitirdiyi gündən Azərsu tikinti xəstəxanasında nevroloq olaraq fəaliyyətlə başlayıb. 

Maral xanım peşə olaraq tibbin ən ağır sahəsində insanlara xidmət göstərir. 

İnsanın sinir sistemi fəaliyyətini itirdikdə hərəkətsiz, canlı əşyadan  fərqsiz olur 

Zəruri ehtiyaclarını yerinə yetirmək qabiliyyətini itirmək, hər bir xəstədə yalnız nevroloji deyil, eyni zamandan gərgin psixoloji durum yaradır.

Maral Qarayeva artıq 20 ildir bu qəbildən olan xəstələrə ümid işığı olmaq üçün ömrünü, gəncliyini əsirgəmədən fəda edən həkimdir.

Hal-hazırda Nizami Tibbi Mərkəzinin Nevrologiya şöbəsinin müdiri vəzidəsində çalışan Maral xanım hər gün yüzlərlə xəstə ilə təmas qurur. Hər bir xəstənin isə fərqli ağrısı, acısı, psixologiyası. 

Lakin eyni bir ümidi ki, Maral xanım onları yenidən ayağa qaldıracaq, danışmağı qaytaracaq, acılarına son verəcək. 

Bu ümid yalnız xəstənin deyil, eyni zamanda xəstə yaxınlarının gözlərində də aydın görünür. 

Məhz buna görə, "həkim sagalacağıma ümid var" sualı ilə hər bir xəstə qarşısında "imtahan verən" Maral xanımın,  "Biz öncə səbr etməyi  və Allaha ümid etməyi bacarmalıyıq" cavabı var.

Özünün söylədiyi kimi, "Həkim nə Allahdır nə sehrbaz. Həkim elmin verdiyi maksimum imkanlara güvənib xəstəsinə şəfa verən ümid qapısıdı. Xəstə  sağalacağı ümidi ilə həkimə güvənir, həkim isə öncə Allaha, sonra öz elminə güvənir".

Gerçəkdən də Maral xanımın müdrik düşüncəsi insanı dərindən düşünməyə vadar edir. 

Maral xanımla söhbətimiz zamanı otağın qapısını hərbi geyimli qazı döydü. Həkim özünəməxsus nəzakətlə üzr istəyib, qazını içəri dəvət etdi. Müalicəyə ehtiyacı olduğunu öyrəndikdən sonra, bizimlə söhbətə ara verib, bütün diqqətini qazimizə yönəltdi. 

Nəinki öz diqqətini, eyni zamanda şöbədə çalışan psixoloq və psixatiristləri də qazimiziə xidmət üçün səfərbər etdi. 

Onun canıyananlıqla göstərdiyi qayğı bir həkimdən çox, bir ana şəfqəti daşıyırdı. Nəhayət söhbətimizə davam etdiyimizdə Maral xanıma bu barədə sual verdim və aldığım cavab gözlərimi yaşartdı.

" Mən bir həkim və ya bir şöbənin müdiri ola bilərəm ki, bu zəhmət ilə əldə edilir. Lakin bir həkim şəfqətim müalicənin əsasını təşkil edir. Unutmaq olmaz ki, həkim xəstəsini öncə şəfqəti və inamı ilə müalicə edir. Əks halda ən təsirli dərman belə yararsız qalar". 

Adətən nevroloji xəstələr əsəbi, aqressiv halları ilə tez-tez həkimə gərgin hallar yaşadırlar. Maral həkim söyləyir ki, peşəkar həkim hər bir xəstəyə, xüsusilə nevroloji xəstəyə həkimlik peşəkarlığından çox, insani səbr və təmkini ilə yanaşmağı bacarmalıdır. Əks təqdirdə müalicəsinin heç bir əhəmiyyəti olmaz. 

Maral xanım eyni zamanda gözəl ailə və qayğıkeş anadır. Onun iş həyatının bunca gərginliyi varkən, ailəsinə, övladlarına necə zaman ayırmasın sorduq. 

Həkimimizin cavabı olduqca duyğusal oldu.

"Bəli, mən anayam, qadınam. Cəmiyyətdə isə həkiməm. Mənim iş və ailə həyatım var. Övladlarım var. Lakin unutmaq olmaz ki, xəstələrim də mənim övladlarım qədər əzizdir. Doğu, bu bəzən mənim qayğıma  ehtiyacları olan azyaşlı övladlarımda  qısqanclıq hissi yaradır ki, qeyri-iş zamanında belə xəstələrimə məsqul oluram. Lakin onlara bir həqiqəti aşılamağa bacarmışam ki, siz özünüz-özünüzu idarə edə bilirsiniz. Kimsədən asılı deyilsiniz. Mənim xəstələrim isə zəruri ehtiyacları üçün başqasının yardımına möhtacdırlar.  Onların da sizin kimi övladları, ata-anaları, doğmaları var. Onlar da əzizlərinin sağlam şəkildə yanlarında olmasını istəyirlər. Unutmayın ki, insanlığın ən vacib qanunu möhtac birisinə ümid olmaqdır. 

Maral xanımın son sözü önündə söyləyəcək hər bir kəlmə kölgədə qalacağını düşünüb sözümüzü yekunlasdirmagı qərara aldıq. Onsuz da övladlarından artıq xəstələrinə qiqqət ayıran Maral həkimin, bizə yetərincə zaman ayırdı. 

Biz isə öz növbəmizdə Maral xanıma sonsuz təşəkkür, səbr, əzm, xəstələrinə isə Allahın inayəti və onun şəfqətli əli  ilə şəfa diləyirik. 

Tərifə Maqsudova.



Xəbəri paylaş

2 7378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___