Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
" Ölümü gömən oğullar"
Tarix: 02-11-2023 | Saat: 18:15
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


Onu bir xəstəxananın inzibatı iş otağında tanıdım. Gənc, yaraşıqlı, ötkəm, işində ciddi tələbləri ilə hər kəsdən seçilirdi. Peşəkar marağım bu yaraşıqlı gəncin kim olduğunu, xəstəxanada hansı vəzifəni daşıdığını sormağı üstələdi. İs yoldaşları qazi olduğunu söylədilər. Bu daha da çox marağımı artırdı və otaqdan çıxıb gedən Gəncə yaxınlaşıb, tanış olmaq istəyini bildirdim. 

Tanış olduğum gənc 26 yaşlı baş leytenant Cavad Qələndərli idi.

Cavad yüksək nəzakət nümayiş etdirərək mənimlə tanış olub, söhbətə zaman ayırdı.

Cavad Qələndərli ilə başladığım söhbət əslində müsahibədən çox, dərdləşmək oldu.

Uşaqkən hərbiyə olan marağı, onu C.Naxcıvanski adına hərbi liseyə yönləndirib. Litseyi bitirdikdən sonra peşəkar hərbiçi kimi baş  leytenant rütbəsi ilə vətənə xidmətə başlayır.

2020-ci il 27 sentyabr tarixində başlanan  ll Qarabağ müharibəsində ön cəbhədə döyüşə başlayan Cavad, Suqovuşan uğrunda gedən müharibədə ağır yaralanır. Uzun zaman komadan atılmayan igidimiz gözlərini açdıqda acı həqiqətlə üzləşir. Cavad aldığı yaradan yerimə qabiliyyətini itirmişdi. Eşitdiyi acı xəbəri hərbiçi təmkini ilə olduqca soyuqqanlı qarşılayan  23 yaşlı gənc oğlanın dəyanəti həkimləri heyrətə saldı. Ən təsirlisi isə o idi ki, bilinci qayıdan Cavadın ilk sualı, "döyüş yoldaslarım sağdırmı" sualı oldu.

Həyatın gerçəkliyini çılpaqlığı ilə anlayan gənc oğlan, həyata yenilməməyə and içdi. 

Sağlamlığı qismən bərpa olunar-olunmaz, zamanı  boşa xərcləmədən həyata atıldı. Onu məqsədinə aparan yolda ayaqlarının hərəkətsizliyi əngəl ola bilməzdi. Əlil arabası Cavadın ayaqları oldu. 

Onu xəstəxanada gördüyümdə diqqətimi çəkən, xəstəxana heyyəti ilə  xəstə kimi deyil,  iş yoldaşı kimi olan söhbətləri olmuşdu.

Cavadın hərbiçi karyerası bitdikdən sonra, həyatını digər şəkildə insanlara, xüsusiylə hərbiçilərə, şəhid ailələrinə, qazilərə, veteranlara  həsr edib. 

 Elmi Tədqiqat Tibbi Bərpa İnstitunda kordinator vəzifəsində çalışan qazımız, yüzlərlə müharibə iştirakçılarına, əlillərinə xidmət göstərir.

Cavad Qələndərli ilə söhbətim zamanında bəzən özüm-özümdən xəcalət çəkirdim. Qarşısında əyləsdiyim 26 yaşlı, üstəlik fiziki imkanları məhdud gənc  sanki mənə həyat dərsi verirdi.

Söylədiyim bir ifadə xüsusiylə çox təsirli oldu.

" Mən şəhid olan döyüş yoldaslarımın ruhu qarşısında xəcalət çəkirəm ki, onlar kimi şəhidlik zirvəsinə ucala bilmədim"

Vətən uğrunda ölümə dik baxan 23 yaşlı gəncin söylədiyi ifadə, vətənin üzərində rahat yaşayıb, vətəndən, həyatdan, dünyadan narazı insanlar üçün ibrət olmalıdır.

Cavad Qələndərli olduqca yaraşıqlı gəncdir. Eyni zamanda zəhmətkeş, ağıllı, səbatlı, dünyagörüşlüdür. Onun bunca dəyərli keyfiyyətlərinə güvənərək, bir qədər irəli getməyi düşündün.

 Söhbətimizi qazimizin şəxsi həyatı ilə bağlı istiqamətə yönləndirdim.

Həyalı simasında açıq-aşkar hiss olunan üzüntü ilə dərindən ah çəkib, başını aşağı saldı.

Qarşımda əyləşmiş igidin dağdan əzəmətli  varlığı arxasında saxladığı həzin könül yarası olduğunu görməmək mümkün deyildi.

Nədənsə həmsöhbətim bu haqda susmağı seçdi ki, bizə də onun susqunluğuna sayqı göstərməz düşər.

Həyatın hər sınağına hədəf seçilmiş biri olmasına baxmayaraq, həyata meydan oxuyan Cavad, əsl həyatın özüdür. 

Onunla olan söhbətim,  haqqında "Təsir əks təsirə bərabərdir"  fikirini formalaşdırdı. Həyat ondan nəyi almağa çalısdısa, o həyatdan daha artıq geri almağı bacardı. 

Lakin onun iç dünyasına boylandığımda nə qədər yalnız, acıları ilə qovrulan, dərdini hər kəsdən gizli, gecənin səssizliyi ilə bölüşən biri olduğunu gördüm. 

Bəli, etiraf edim ki,çox istərdim Cavad Qələndərli kimi güclü iradəyə sahib bir insanın iç dünyasına bələd olum. Yaşamına və davranışlarına baxaraq, sükür və səbr mərifətini  özümdə əxz edə bilim. 

Doğru , bunu qazanmaq lazımdır. 

Hələlik isə qazandığım, Cavad Qələndərli kimi ruhu da siması kimi gözəl və müdrik bir gənc qazını tanımaq, onunla həmsöhbət ola bilmək şərəfinə nail olmaq oldu.

Sonda isə Cavada və Cavadın timsalında bütün qazilərimizə, veteranlarımuza can sağlığı, şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Vətən, vətənin dası, vətəndaşı sizlərə borcludurlar.

Tərifə Maqsudova



Xəbəri paylaş

6788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___