Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Həbib Mənsimovun müxalifət "sevdasını" zindan gizlədəcək?
Tarix: 04-06-2023 | Saat: 11:01
Bölmə:M / Karusel / Gündəm / Bizim seçim / Sitat / Xəbəraz TV / Araşdırma / Reportaj / Aktual / Həftə-Reytinq | çapa göndər

"Həbib Mənsimovun müxalifət "sevdasını" zindan gizlədəcək? 

Mətbuatda gedən yazılardan oxucularımıza məlumdur ki, məşhur jurnalist Tural Əliyev,Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Təchizat departamentinin direktoru Həbib Mənsimovun sifarişi ilə 4 aydır ki, saxlanılıb. T.Əliyevin saxlanılması üçün əsas səbəb Həbib Mənsimovun oğlu Nəriman Mənsimovun, müxalifət lideri Cəmil Həsənlinin qız nəvəsi (AytənHəsənli-Model)  üçün xərclədiyi küllü miqdarda pulların və bahalı hədiyyələrin mənbəyini sorğulayan, videogörüntü hazırlaması olub. Bəli, hazırlanması. Yəni Həbib Mənsimov videonu yayımlanmağa fürsət vermədən Turalı susdurmaq qərarına gəldi. Ailəsinin müxalifətlə əlaqələrinin üzə çıxmasına, oğlunun sovurduğu milyonlarca sərvətlərin şübhəli mənbəyinin sorğulanması, təbii ki, Həbib üçün xoş mənzərə olmazdı. Bu məqsədlə də nüfuz və imkanlarını işə salmaqla, Tural Əliyevi vaxtında "zərərsizləşdirmək" qərarına gəldi. Bunun üçün qanun və əxlaqı dəyərləri hecə sayaraq, hər cür fitnə və yalanı özünə yaraşdırdı. Acınacaqlısı odur ki, T.Əliyevin həbs olunmasında yalnız Həbib deyil, jurnalist həmkarı Bakufakt səhifəsinin təsisçisi Borcəliyev  Rəşad Babək oğlununda   böyük marağı vardır. (Xüsusi ilə onuda qeyd edək ki,məşhur jurnalist Tural Əliyevin həbsi  Baş Mütəşəkkil Cinayətkarlıqla  Mübarizə İdarəsi tərəfindən narkotiklərin dövrüyəsi və istifadəsi  ilə bağlı olmuşdur. Sonradan Tural Əliyevin  barəsində ,Cinayət   Məcəlləsinin 182-ci  maddəsi ilə  Yəni hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi açılması və ittiham elan olunması. Jurnalistin əvvəlcədən narkotiklə həbs olunması, onun sifarişli şifahi sifariş əsasında həbsinə dəlalət edir.  Buradan da o nəticəyə gəlmək olur ki,Tural Əliyevin həbsi hal-hazırda maraqlı tərəf  Həbib Mənsimovun oğlu Nəriman və  Rəşadın siyasi maraqlarına  xidmət edən həbsdir.) Həbibin ləkələnən imici ilə Rəşadın həmkarına qarşı olan peşə qısqanclığı onları bir cəbhədə birləşdirdi. Birgə "ittifaqları" sayəsində Turalın qoluna qandal taxdıra bildilər. Söylədiklərimiz həqiqəti əks etdirməsinin əsas sübutu olaraq qeyd etmək istəyirik ki, istintaqın gedişində bu günə kimi Tural ilə Rəşadın üzləşməsi keçirilmir. Və ya Rəşad Həbibin "qanadları altında" qorunur desək daha doğru olur. Sadəcə istər Həbibin, istərsə də Rəşadın unutduqları bir həqiqət var ki, Həbibin bütün çabaları bivec oğlunu tərbiyə etməyə, Rəşadın isə jurnalist mövqeyinin Turalı aşmasına və həqiqəti zindanda boğmalarına gücləri yetməkdə acizdirlər. Necə deyərlər :- " Haqq nazilər qırılmaz." (Yaxın günlərdə kimlərin narkotik istifadəçisi və satışı ilə məşqul olması məlumat veriləcək!)"Xeberaz.az " Tərifə Maqsudova



Xəbəri paylaş

5348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___