Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hərbi attaşelər və xarici KİV nümayəndələri Alxanlı kəndinə olublar - YENİLƏNİB - FOTO
Tarix: 06-07-2017 | Saat: 14:26
Bölmə:M / Filmlər / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər



Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub.
Trend-in məlumatına görə, hərbi attaşelər və xarici KİV nümayəndələri Füzuli rayonunun Alxanlı kəndində erməni silahlılarının yaraladığı Sərvinaz Quliyevaya baş çəkdikdən sonra erməni təxribatı nəticəsində həlak olmuş Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2016-cı il təvəllüdlü Zəhra Quliyevanın qəbirlərini ziyarət edib, onların ailə üzvləri və kənd sakinləri ilə görüşüblər.
Daha sonra səfər iştirakçıları Alxanlı kəndində hadisənin baş verdiyi əraziyə baxış keçiriblər.
Səfərdə "TRT", "İhlas Haber Ajansı", "MİR" Televiziyası, "Associated Press", "RİA Novosti", Amerikanın Səsi, "İnterfax", "BBC" və digər xarici KİV nümayəndələri, habelə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatı da var.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
----------
12:17
Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub.
Trend-in məlumatına görə, hərbi attaşelər və xarici KİV nümayəndələri Füzuli rayonunun Alxanlı kəndində erməni silahlılarının yaraladığı Sərvinaz Quliyevaya baş çəkiblər.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, erməni hərbi birləşmələri hər gün bu kəndi atəşə tutur: "Atəşkəs dövründə 900 şəhid vermişik. ATƏT və beynəlxalq qurumlar buna biganə münasibət bəsləyir. 25 ildir ki ermənilər hər gün cəbhəyanı əraziləri atəşə tutur. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr buna biganə yanaşır. Biz artıq heç bir beynəlxalq quruma inanmırıq. Hərbi attaşelər bunu dünya ictimaiyyətinə çatdırmalıdır".
Səfər iştirakçıları daha sonra Alxanlı kəndində hadisənin baş verdiyi əraziyə baxış keçiriblər.
Səfərdə "TRT", "İhlas Haber Ajansı", "MİR" Televiziyası, "Associated Press", "RİA Novosti", Amerikanın Səsi, "İnterfax", "BBC" və digər xarici KİV nümayəndələri, habelə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatı da var.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
----------
10:50
Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi və Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələrinin, hərbi attaşelərin Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil olunub.
Xəbəraz.Az xəbər verir ki, XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Apa-ya açıqlamasında bildirib ki, səfərdə TRT, "İhlas Haber Ajansı", "MİR" Televiziyası, "Associated Press", RİA "Novosti", "Amerikanın Səsi", "İnterfax", BBC və digər xarici KİV nümayəndələri iştirak edir.
 
Habelə, 12 dövlətin 15 hərbi attaşesi də Alxanlıya səfər edib.
 
Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatları iştirak edirlər.
 
Səfər çərçivəsində onlar iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə atəşə tutması nəticəsində  həlak olmuş Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduqları hadisə yeri ilə tanış olacaq, əraziyə baxış keçiriləcəklər.
 
Onlara baş vermiş hadisə barəsində yerində ətraflı məlumat veriləcək.




4508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___