Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı və Bakıətrafı ərazilərdə içməli su qıtlığı yaranacaq? - Rəsmi açıqlama
Tarix: 23-05-2023 | Saat: 12:49
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bakı və Bakıətrafı ərazilərdə içməli su qıtlığı olmayacaq.

Bunu Trend-in sorğusuna cavab olaraq "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O bildirib ki. içməli su qıtlığının yaranmaması üçün "Azərsu" ASC kifayət qədər tədbirlər görüb: "Yay aylarında əhalinin dayanıqlı su təminatının aparılması üçün planlar hazırlanıb. Xətt siyirtmələrin, nasos stansiyalarının saz vəziyyətdə olması, onların idarə edilməsi, rejimlərin tənzimlənməsini həyata keçirməklə çalışacağıq ki, bütün abonentlərimizi dayanıqlı içməli su ilə təmin edək. Yəni, əvvəlki illərin yay aylarında təminat necə olubsa, bu il də Bakı və Bakıətrafı ərazilər eyni qayda ilə içməli su ilə təmin ediləcək".

A.Cəbrayıllı bildirib ki, əhalinin içməli su ilə təmin edilməsi üçün Kür çayı və Ceyranbatan su anbarında kifayət qədər su ehtiyatı var: "Düzdür, su ehtiyatları əvvəlki illərdəki kimi deyil, amma əhalinin içməli su təminatına bəs edəcək səviyyədədir".





Xəbəri paylaş

3668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___