"2019-cu il təvəllüdlü uşağımı döyən tərbiyəçi Zülfiyyə Baxışova yaxın qohumumdur".
Bu sözləri uşaq bağçasında tərbiyəçi tərəfindən şiddət göstərilən azyaşlının atası, İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülərdən danışarkən deyib.
"Mənim bundan başqa üç övladım da İsmayıllıda 1 saylı uşaq bağçasında təhsil alıb", - deyə R.Mirzəliyev böyük rezonans doğuran hadisə ilə bağlı açıqlamasında bildirib.
O əlavə edib ki, hazırda hadisə ilə bağlı araşdırma gedir:
"Özümüz də sözügedən görüntünü sosial şəbəkədə görmüşük. Təbii, bu görüntülər bizi üzdü. Hər zaman bizim ailə ilə Zülfiyyə Baxışova arasında mehriban, isti münasibət olub. Bundan başqa, mənim digər övladlarımın da tərbiyəsi ilə sözügedən müəllim məşğul olub. Heç zaman ondan narazı olmamışıq. Hadisə ilə bağlı övladım da evdə hər hansı bir söz deməyib".
Rəşid Mirzəliyev uşağının səhhətindən də söz açıb: "Hazırda övladımın səhhəti normaldır. Hər hansı bir problem yoxdur".
Bağçada körpəsi döyülən ata: Qohumdur, aramızda mehriban münasibət olub
Tarix: 14-01-2022 | Saat: 12:05
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
4248 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-01-2022 | Saat: 12:05
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
7-08-2023, 12:39
“Ölkədə siqaret çəkən qadınların sayı çoxalıb, siqaret qiymətləri artırılmalıdır” - Deputat
21-08-2016, 21:46
Prezident İlham Əliyev Olimpiadada qızıl medala layiq görülmüş Radik İsayevə zəng edib
21-03-2015, 02:36
Xeberaz.az dostlarını belə təbrik etdi...
27-03-2016, 13:31
Messidən Barak Obamanın sözlərinə CAVAB
30-03-2016, 12:30
Ali Məhkəmədən kredit qərarı: borclar köhnə məzənnə ilə hesablana bilər
6-02-2022, 09:38
Məktəb direktoru müəllimi TƏHQİR ETDİ – “Ay eşşək, ay sıpa, ay qaban səni öldürtdürəcəyəm” – VİDEO 16+
23-04-2021, 11:26
BDU-nun professoru karantin qaydalarını pozdu – Fotolar
13-12-2016, 18:48
Məşhur hakimin beyninə qan sızdı
3-07-2017, 00:19
Xeyirxahlıq, qayğıkeşlik, məqsədyönlülük. Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günüdür