Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərzaq məhsullarının qiyməti UCUZLAŞDI
Tarix: 13-06-2017 | Saat: 19:19
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər




Bu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,1 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,1 faiz bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 1,3 faiz ucuzlaşıb.
Ay ərzində düyünün, kərə yağının, pendirin, meyvə şirəsinin, spirtli içkilərin, qəhvə, çay və kakaonun, soğanın, kartofun, yerkökünün, balqabağın qiymətlərində bahalaşma, makaron məmulatlarının, manna və qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, tütün məmulatlarının, pomidorun, xiyarın, göyərtinin, kələmin, badımcanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
May ayında aprel ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının, tozsoranların, velosipedlərin, televizorların, fərdi və planşet tipli kompüterlərin, inşaat materiallarından kərpicin, sementin, su və kanalizasiya borularının, metal kirəmit və keramik plitələrin qiymətlərində bahalaşma, laminat parketinin, pəncərə şüşəsinin, sulu boyanın, keramik plitə yapışdırıcısının, mobil telefonların, noutbukların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər olmayıb.
May ayında əhaliyə göstərilən ödənişli xidmətlərdən istehlak həcmi limitdən artıq olan abonent qrupu üzrə təbii qaz təchizatının, respublikadan kənarda istirahət turlarının, dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin icarə haqqının, məişət cihazlarının, avtomobillərin, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri xidmətlərinin, stomatoloji xidmətlərin qiymətləri bahalaşıb, digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Xəbəri paylaş

6688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___