Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sürücüyə hədə-qorxu gələrək avtomobilini əlindən aldılar - Bakıda
Tarix: 27-12-2016 | Saat: 18:41
Bölmə:Karusel / Hadisə | çapa göndər

Sürücüyə hədə-qorxu gələrək avtomobilini əlindən aldılar - Bakıda


Bakıda naməlum şəxslər sürücüyə hədə-qorxu gələrək avtomobilini əlindən alıb.

"Xəbəraz.az " xəbər verir ki, Sabunçu rayonunun "Baksol" yaşayış sahəsində Füzuli rayon sakini Xaləddin Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində oturan 3 nəfər Sabunçu qəsəbəsinə gedəcəklərini bildirib. Onlar qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək pul verməsini tələb edib, X.Məmmədov pulunun olmadığını dedikdə isə onu avtomobildən düşürüb həmin nəqliyyat vasitəsində gediblər.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) , Nəsimi RPİ-nin 19-cu PB-si və Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Binəqədi rayonu ərazisində tapılıb və hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüsal Əliyev tutulub, digər 2 nəfər isə müəyyən edilib.
Sabunçu RPİ-si tərəfindən araşdırma aparılır.


Xəbəri paylaş

9018 dəfə oxunub.

Digər xəbərlər
3-04-2017, 01:37 Məşhur aktyor ata olacaq

bütün xəbərlər
____ Instagram ___