Berluskoninin cərrahı Bakıda əməliyyat aparıb
Tarix: 17-06-2016 | Saat: 12:59
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ürəyində iki gün öncə aparılan mürəkkəb əməliyyat heç bir fəsad olmadan uğurla tamamlanıb.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə əməliyyata rəhbərlik edən kardiocərrah Ottavio Alfieri məlumat verib. Milan şəhərinin San Raffaelo klinikasında 4 saaat davam edən əməliyyat zamanı 79 yaşlı Berluskoninin ürəyinin aorta qapağı dəyişdirilib.
“Nəzərdə tutduğumuz vaxtda həyata keçirilən əməliyyat müvəffəqiyyətlə, heç bir ağırlaşma olmadan başa çatdı. Hazırda xəstə intensiv terapiya şöbəsində yerləşdirilib və biz onun ayılmağını gözləyirik”, - Ottavio Alfieri əməliyyatdan sonra jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bəyan edib.
Tibb sahəsində çətin və mürəkkəb hesab edilən əməliyyatın icra olunduğu San Rafaello xəstəxanası artıq 10 ildir ki, Mərkəzi Neftçilər Xəstəxanası (MNX) ilə yaxından əməkdaşlıq edir. San Raffaelo xəstəxanasının həkimləri dəfələrlə MNX-nın Ürək və Damar Xəstəlikləri Mərkəzininin qonağı olmaqla, öz təcrübələrini həmkarları ilə bölüşüblər. Məşhur ürək cərrahı Ottavio Alfieri özü də bir neçə dəfə Mərkəzi Neftçilər Xəstəxanasında olub və burada keçirilən beynəlxalq konfranslarda ürək-damar cərrahiyyəsi sahəsində tətbiq olunan innovativ yeniliklər barədə maraqlı açıqlamalar verib. Bununla yanaşı, Ottavio Alfierinin də daxil olduğu həkim heyəti azərbaycanlı həmkarları ilə birlikdə Bakı şəhərində 350-dən çox mürəkkəb ürək əməliyyatını uğurla icra edib.
Ürək və Damar Xəstəlikləri Mərkəzinə rəhbərlik edən Milli Məclisin üzvü, tibb elmləri doktoru, Rəşad Mahmudov bildirib ki, azərbaycanlı ürək cərrahları da mütəmadi olaraq İtaliyanın Milan şəhərində yerləşən San Raffaelo xəstəxanasında təcrübə mübadiləsi keçirlər. Ürək-damar cərrahiyyəsi sahəsində əldə olunan ən son nailiyyətlərlə yaxından tanış olmaq, cərrahiyyə əməliyyatlarında birbaşa iştirak etmək yerli kardiocərrahlarımızın daha da püxtələşməsində mühüm rol oynayır.
Xəbəri paylaş
6828 dəfə oxunub.
Digər xəbərlər

14-09-2021, 10:30
Sevil-Sevinc bacılarından hamiləlik iddialarına reaksiya - 1 ildir müalicə olunurmuş
2-04-2017, 13:58
Ermənistan hər an qarışa bilər - Polis rəisi müxalifəti hədələdi
28-06-2015, 20:00
Ermənilər unutmamalıdır ki, Rusiyasız onlar bu torpaqda yaşaya bilməz
21-05-2016, 18:15
Ölümdən dönən Mətanət 12 kilo arıqlayıb belə oldu
22-01-2018, 13:03
“Tofiq Bəhramov”dan 30 minlik müqavilə
13-10-2017, 21:26
Bakıdan Naxçıvana dəmir yolu açılacaq
1-01-2022, 18:45
Sənətə gəlməsindən danışan Roza: “Dedi ki, hamamda oxuyacaqsan”
30-01-2017, 15:54
53 yaşlı Hülya Avşardan OLAY YARADAN DEKOLTE - FOTOLAR
30-01-2016, 18:08
Rusiyada terror aktına görə azərbaycanlı ömürlük həbs cəzası aldı
10-10-2019, 16:30
Dilqəm və Şahbazla bağlı son durum: - Ailəsindən AÇIQLAMA