Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni general: "Onlar gəlib İrəvanda çay içəcək"
Tarix: 01-06-2016 | Saat: 15:37
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Erməni general: "Onlar gəlib İrəvanda çay içəcək"
Qondarma DQR-in keçmiş “müdafiə naziri”, bu günlərdə Rusiyadan qayıdan və tezliklə Qarabağda fəaliyyətə başlayacağını elan edən general Samvel Babayan Sivil Net internet televiziyasına müsahibə verib.

“Azadlıq” radiosunun erməni xidməti general Samvel Babayanın müsahibəsindən yeni fraqmentləri yayıb və həmin fraqmanetlərə əsasən, başkəsən Samoya indi “ən düzgün danışan erməni” ləqəbini də əlavə etmək olar...

Samo Azərbaycan ordusunun aprel döyüşlərində təmas xəttinin Ağdərə-Goranboy və Füzuli-Cəbrayıl istiqamətlərində azad etdiyi mövqelərin strateji əhəmiyyətə malik olduğunu deyib. “Mən bilmirəm kim o əraziləri ölçüb, 800, yoxsa 1800 hektar olduğunu müəyyən edib? Həmin mövqelərə, konkret olaraq, Mardakert (Ağdərə) istiqamətindəki mövqelərə gəldikdə, onlar ikili təyinatlı strateji məntəqələr idi. Birincisi, onlar həmin istiqamətdəki kəndlərin sakinlərinə yaşamaq imkanı verirdi. Bu torpaqlar Dağlıq Qarabağın təbii sərhədləridir, biz o vaxt öz təbii sərhədlərimizə çıxmışdıq. İkincisi, həmin ərazilərdən bütün düzənlik - Gəncədən Beyləqana qədər bizim ovcumuzun içində idi... İndi biri deyir bu ərazilər strateji idi, o biri deyir belə deyildi. Həmin əraziləri görmədən onlar necə belə deyə bilər? Strateji olmayan mövqe yoxdur, xüsusən də Mardakert istiqamətində”, - Samvel Babayan deyib.

Samo bildirib ki, Azərbaycan böyük sayda silahlar alır, bu zaman əsas vurğunu artilleriyaya, raket və hərbi-hava qüvvələrinə yönəldir, təmas xəttindəki erməni mövqelərini, habelə şəhərləri və kəndləri yerlə bir etməyi planlaşdırır. Onun sözlərinə görə, Ermənistanın nə maddi, nə insan resursları ilə Azərbaycanla ayaqlaşmaq imkanı var.

“Siz təsəvvür edirsinizmi, onlar Naxçıvanda müxtəlif İsrail və Rusiya reaktiv sistemlərini yerləşdiriblər. Sual yaranır: niyə? Qarabağa zərbə endirmək üçün? Belə olsaydı, onlar həmin sistemləri Naxçıvanda yox, Qarabağla sərhəddə yerləşdirərdi. Biz danışanda ki, hücuma hazırıq, rəqib hökmən bundan istifadə edəcək və artıq İrəvana zərbə endirəcək. İrəvandan Naxçıvana cəmi 42 kilometrdir. Bu silahlar, həmin reaktiv sistemlər 70-150 kilometr məsafəni vurur. Biz onlardan öz şəhərlərimizi, kəndlərimizi qorumağa hazırıq? Bakıda çay içəcəyik deməklə iş bitmir ki? Bilirsiniz, Bakıda çay içmək olar, ancaq mən qorxuram ki, onlar tezliklə İrəvana çatacaqlar və burada çay içəcəklər. General formasını geyinib kolxoz sədri kimi bəyanatlar vermək olmaz. Bizim əsgər o qədər raketin qabağında dayana bilməyəcək... əgər bir dəqiqədə ön xəttə 25 min mərmi düşərsə, orada adam dayana bilər? O nə deməkdir ki, bizim əsgərin döyüş ruhu yüksəkdir? Onlar raketi tutacaqlar, yoxsa əsgər mərmini havada ovlayacaq? Biz əsgərin təhlükəsizliyi haqda düşünməliyik”, - Samvel deyib.

“Hərbi rəhbərlik xalqı aldadıb deməməlidir ki, biz iki raketlə Bakını yerlə bir edəcəyik. Hansı ki, heç həmin raketlərin gücünü və imkanlarını başa düşmürlər. Öz xalqını aldatmaq olmaz”, - Babayan deyib.

Samonun sözlərinə görə Ermənistanın Rusiyadan 200 milyon dollar kredit götürüb Azərbaycanın aldığı silahlardan - “Smerç” və ağır odsaçanlardan alması anlaşılmazlıqdır, düzgün taktika deyil. “Bu o deməkdir ki, onlar bizi vuracaq, biz də onları? Biz Azərbaycanın malik olduğu bütün silahlardan ala bilmərik. Azərbaycan uzunmüddətli müharibəyə hazırlaşır, bu siyasətə qarşı dayanmaq üçün resurslar lazımdır. Ermənistanda isə resurslar yoxdur”, - Samvel bildirib.



4428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___