BMW Dünyanı Lərzəyə Gətirəcək İlkə İmza Atdı - FOTO VIDEO
Tarix: 08-03-2016 | Saat: 13:39
Bölmə:Karusel / M2 / Xəbəraz TV / Texnologiya | çapa göndər

Almaniyanın BMW avtomobil konserni BMW Vision Next 100 adlı konsept-kar hazırlayıb.
100 illik yubileyi münasibətilə Münhendəki "Munich's Olympic Hall"da sərgi təşkil etmiş Bavariya konserni bu konsept vasitəsilə gələcəyin avtomobili ilə bağlı fikirlərini açıqlayıb.

"Xəbəraz.az " Bild-ə istinadən bildirir ki, BMW Group-un idarə heyətinin sədri Harald Krügerin dediyinə görə, modelin elektrik mühərriki ilə təchiz olunması ehtimalı böyükdür: "Elektromobillik dayanıqlı trend olaraq qalır".
9-cu seriyadan olan yeni flaqman sedanın orta dirəyi olmadan açılan qapıları, karbon və alüminiumdan hazırlanmış kuzovu var.
BMW Group-un şef dizayneri Adrian van Hooydonkun sözlərinə görə, gələcəkdə avtomobil və sürücü tərəfdaş olacaqlar: "Avtomobil sürücüyə bütün gərəkli məlumatları verəcək, eyni zamanda onu lazımsız informasiyalardan qoruyacaq. Sürücü isə seçəcək: ya avtomobili özü sürəcək, ya da bunu avtopilot edəcək".
Yeni konseptdə bütün məlumatlar qabaq şüşəyə proyeksiya olunacaq. Avtomobilin ənənəvi sükanı yoxdur və tam muxtar rejimdə, maşın avtopilota keçəndə idarəetmə pultu aşağı enir.

BMW Vision Next 100 4 qapılı kupedir. Ölçülər 5-ci seriyadakı sedanlar, salon isə 7-ci seriyadakı modellər təkidir.
Münhendən sonra konsept Pekin, London və Los-Ancelesə yollanacaq, yüzlərlə kilometr qət edəcək.
Yeni avtomobilin "Boost" ("Dəstək") və "Ease" ("Yüngüllük") kimi iki rejimi var.
"Boost" rejimi təcrübəli sürücü üçün hesablanıbsa, "Ease" avtomobildəki "bütün əlavə" nəsnələri, o cümlədən sükanı götürür, sürücü isə arxaya, üzü sərnişinlərə çevrilə bilər.

BMW Vision Next 100 Concept-in aerodinamik müqavimət əmsalı 0,18 Cx-dir. Uzunluğu 4900 mm olan modeldə "Alive GeometryG" sistemi var. Bu sistem maşının salonunda və bəzi yan panellərdəki 800 hərəkət edən üçbucaqlardan ibarət olaraq sürücüyə təhlükəli situasiyalar barədə intuitiv anlaşılan siqnallar verir.
BMW Vision Next 100 Concept alman avtokonserninin 100 illik yubileyi ilə bağlı hazırladığı 4 konseptdən biridir. Bu ilin yayında BMW Group yeni Rolls-Royce Grand Sanctuary, daha sonra isə MINI və BMW Motorrad modellərini təqdim edəcək.
8588 dəfə oxunub.
Digər xəbərlər

6-08-2019, 19:20
Sumqayıtda xəstəxana direktorunu bıçaqlayan həkim həbs edildi
9-08-2015, 21:11
Günəş yanıqlarının evdə müalicəsi – ÜSULLAR
9-10-2020, 19:02
Ermənilər Ağdama raket atıb, 4 mülki şəxs yaralanıb
15-10-2016, 01:03
Bakı metrosunda 22 yaşlı gənc relslərin üstünə tullanıb, qatarlar dayanıb - YENİLƏNİB
24-06-2018, 12:22
Türk məşhurlar seçkiyə axın etdi - Foto
1-05-2018, 10:57
Emin Ağalarov: Trampa pul ödəməmişəm
8-11-2016, 16:26
“Möhtəşəm oyun olacaq” – Robert Prosineçki
24-04-2016, 16:55
Qayıqdan Kür çayına düşən uşaq xilas edildi
2-07-2015, 13:59
Filippində sərnişin bərəsi aşdı