Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə dollar yenə bahalaşdı: Azərbaycanda da gözlənilirmi?
Tarix: 07-06-2023 | Saat: 20:12
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər

Türkiyədə dollar bahalaşmaqda davam edir. Bu gün 1 dollar 22.85 türk lirəsi, 1 avro isə 24.55 lirəyə qədər artmaqla yeni rekord vurub. Bu gün Türkiyə lirəsi dollar qarşısında 5%-dən çox ucuzlaşıb. Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 21.4565 TL, satış üzrə 21.4952 TL müəyyən edib.

Bəs, Azərbaycanda necə dollar bahalaşa bilərmi?
 


İqtisadçı ekspert Emin Qəribli mövzu ilə bağlı açıqlama verib. 

Ekspert bildirib ki, Türkiyədə dolların yenidən bahalaşması seçki öncəsi kampaniya ilə əlaqəlidir: 

"Seçki öncəsi bu hal bir çox ölkələrdə yaşanır. Onu deyim ki, bu inflyasiyaya səbəb olur. Seçki öncəsi ölkənin xərcləri artır. Bu da öz növbəsində pulun dəyərdən düşməsinə gətirib çıxarır. Bundan əlavə Türkiyənin özünü  bir neçə səbəbləri var. Səbəblərdən biri son vaxtlar neftində qiymətində müəyyən fərqlərin olmasıdır. Bu mənfi təsir göstərən amildir. Türkiyədə daima milli valyutanın dəyəri enir”.

Emin Qəriblinin sözlərinə görə Azərbaycanda valyutanın düşməsi üçün əsaslar yoxdur:

"Azərbaycanda bu hal  2014-ci ildə neftin qiymətinin düşməsi ilə yaşandı. Valyuta ehtiyyatları azaldı. İndi tam əksinə valyuta ehtiyyatlarımız artır. Neftin qiyməti sabitdir, Azərbaycan ixracatı şaxələnir. Bunun üçün Azərbaycanda dolların qiymətinin bahalaşması ilə bağlı heç bir narahatlığın olmadığını düşünürəm”. 




Xəbəri paylaş

1208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___