Sabah bu küçə və prospektlər bağlı olacaq – SİYAHI
Tarix: 11-12-2017 | Saat: 13:04
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovməlumat verib.
O qeyd edib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin edilməsi, təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədilə tədbir başlanandan qurtaranadək, yəni səhər saat 07:00-dan tədbir tam başa çatana qədər Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi – Teleteatr binası yanından və Parlament prospekti, digər küçə və prospektlərdə – Parlament prospektinə paralel Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrində nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.
Avtomobil sahibləri və sürücülərdən xahiş olunur ki, Parlament prospekti və onunla kəsişən digər küçə və yollar üzrə hərəkət etmək niyyətində olanlar əvvəlcədən planlaşdırılan alternativ yollardan, Mətbuat prospekti ilə birləşən III Kənar Dairəvi, eləcə də Badamdar istiqamətindən keçməklə Bayıl, 20-ci sahə üzrə yollardan istifadəyə üstünlük versinlər.
“Diqqətə çatdırırıq ki, qeyd olunan istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin”, - deyə, V.Əsədov əlavə edib.
Xəbəri paylaş
7828 dəfə oxunub.
Digər xəbərlər

24-07-2015, 12:19
Dollar yenə ucuzlaşdı
12-07-2015, 12:43
Bütün yol bağlandı, səbəbi isə... - Dünyanı dolaşan - FOTOLAR
4-03-2018, 13:45
Bu gün 36 mindən çox şagird - buraxılış imtahanı verir
27-02-2023, 13:12
Sabah da hava dumanlı, küləkli olacaq - PROQNOZ
1-04-2021, 11:59
Allahşükür Paşazadə Direktorlar Şurasına üzv seçildi
6-06-2016, 13:14
Türkiyənin ilk transseksual gözəli aparıcı olacaq – FOTOSESSİYA
13-06-2017, 16:22
İlham Əliyev Natiq Əliyevin məzarını ziyarət etdi
18-03-2022, 16:25
Bakıda dilənçi uşaq hərbi məktəbə yerləşdirildi: "Mən general olmaq üçün oxuyuram"
29-09-2022, 11:30
Azərbaycanda insanlar çiplənəcək: Həyat fəaliyyətimizə nə kimi rahatlıq gətirəcək? - AÇIQLAMA + VİDEO