Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səhərlər acqarına qoz suyu için - TƏSİRİ İNANILMAZ
Tarix: 05-06-2023 | Saat: 14:55
Bölmə:Maraqlı / Karusel | çapa göndər


Qozun suya qoyulması ilə əldə edilən qarışığın sağlamlığa faydaları saymaqla bitmir.

Türkiyəli diyetoloq Renkin Özbey qoz suyunun bu faydaları barədə danışıb.


“Qarın şişkinliyi və qaz probleminə müsbət təsir edir. Qarın əriməsi və arıqlamağa başlayanlar üçün də faydalıdır. Xolesterin, qalxanabənzər vəzi, yorğunluq, halsızlıq və əsəbiliyə qarşı ən effektiv üsullardan biridir”,-deyə mütəxəssis qeyd edib.

Amerika Sağlamlıq Departamenti də (FDA) qozun tərkibindəki Omeqa-3 yağlarının həm arıqlamaq, həm də beyin sistemi üçün faydalı olduğunu açıqlayıb.

Diyetoloq bildirib ki, qoz suyu içmək təkcə arıqlamaq üçün deyil, ümumi immunitet sisteminin güclənməsi üçün xeyirlidir. Qozun tərkibində bədənin yağ yandırmasını sürətləndirən zülal ekstraktları mövcuddur. Toxluq müddətini uzatmaqla, həddindən artıq aclıq hiss etmədən arıqlamağı təmin edir. Qozu suda saxlamaq essensiyaların suya keçməsini təmin edir.

Mütəxəssisin sözlərinə görə, qoz suyunu hazırlamaq çox asandır. Bunun üçün gecə yatmazdan əvvəl bir stəkan suya bütöv bir qədər qoz töküb səhərə qədər gözləmək lazımdır. Yuxudan duranda dişlərinizi fırçaladıqdan sonra ac qarnına bu suyu içmək və qozu yemək lazımdır. Süd verən analar, hamilə qadınlar, şəkərli diabet, qalxanabənzər vəzi və xolesterol xəstələri də bu üsuldan istifadə edə bilərlər.

“Qoz suyu tərkibindəki proteinlə yağ yandırılmasını sürətləndirir. Omeqa 3 yağları ilə sinir sistemini qoruyur. Tox saxlayır və arıqlamağa kömək edir. Qaraciyəri gücləndirir və hormonları tarazlaşdırır. Detoks effekti ilə orqanizmi daxildən təmizləyir. Tərkibindəki doymamış yağlarla qəbizliyi aradan qaldırır”,-deyə diyetoloq bildirib.

 



Xəbəri paylaş

1198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___