Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Neftin qiyməti bədbin proqnozdan da aşağı düşdü
Tarix: 16-12-2015 | Saat: 23:39
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

“Neftin qiyməti bədbin proqnozdan da aşağı  düşdü
Azərbaycan hökuməti ötən gün dünya bazarlarında Azərbaycanın 1 barel neftinin qiymətinin 39 dollardan bir az artmasına baxmayaraq, 2016-cı ilin dövlət büdcəsinin proqnozlarını yenidən baxmağı planlaşdırmır.
Xəbəraz.az xəbər verir ki, Trend yazır ki, faktiki olaraq Azərbaycanın ixrac etdiyi əsas neft sortu olan “Azeri Light”ın indiki qiyməti hətta hökumətin ən bədbin proqnozlarından aşağıdır. 2016-cı ilin büdcə proqnozları 3 ssenari əsasında hazırlanıb: bədbin – 1 barel neftin qiyməti 40 dollar səviyyəsində götürülüb, baza – 50 dollar və nikbin – 60 dollar.

Gələn il üçün neftin qiymətini 51 dollar səviyyəsində proqnozlaşdıran Dünya Bankı (DB) daxil olmaqla iri beynəlxalq təşkilatların (Beynəlxalq Valyuta Fondu - 50,4, İqtisadi Əməkdaşlıq Təşkilatı – 50 dollar, “Goldman Sach” – 49,5 dollar, “Moody’s” – 43 dollar) gözləntilərini nəzərə alan hökumət mövcud proqnozları məqbul sayır. Bununla da Azərbaycan büdcəsinin bədbin ssenarisi indiki qiymətlərin qalması halında 2016-cı ildə də dəyişiklik etmədən proqnozları saxlamağa imkan verir.

Qonşu ölkələr, məsələn, Rusiya və Qazaxıstan öz büdcə göstəricilərini 1 barel neftin qiymətinin 50 dollar səviyyəsində proqnozlaşdırıb, hərçənd Nigeriya 38 dollar, Venesuela isə 40 dollar qiymətinə istiqamətlənib.
2015-ci ildə büdcə daxilolmaları ilə vəziyyətə gəlincə, 11 ayın yekunları üzrə Azərbaycan neftinin orta çəkili qiyməti 1 barelə görə 51 dollar təşkil edib ki, bu da proqnoz büdcə qiymətini 1 dollar üstələyir. İstənilən halda ölkə büdcəsi və bütün iqtisadiyyat getdikcə qeyri-neft sektoruna istiqamətlənəcək. Bu il büdcə daxilolmalarında bu sektorun xüsusi çəkisi artıq 65 faiz səviyyəsində gözlənilir, gələn il isə ümumiyyətlə onun payı 71 faizədək artacaq.

Hökumət 2016-cı ildən etibarən ilk dəfə olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) xəzinəyə transferlərini azaldacaq. Bu il üçün dövlət büdcəsinin gəlirlərində SOFAZ-ın transferlərinin nisbəti 53,4 faiz təşkil edir, ümumi ifadədə bu köçürmələr 10,388 milyard manat səviyyəsində götürülüb. Gələn il

SOFAZ-ın dövlət büdcəsinə transferləri 6 milyard manat səviyyəsində gözlənilir.

Neftin qiymətlərinin aşağı düşməsi səbəbindən neft şirkətlərinin gəlirləri azalıb və nəticədə “Azeri Light” sortun hasil edildiyi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunu işləyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən mənfəət vergisi üzrə daxilolmaları bu il 800 milyon manat proqnoza qarşı 693 milyon manat təşkil edib.


Xəbəri paylaş

8558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___