İlham Əliyev Çinin Şaansi vilayətinin qubernatoru ilə görüşüb
Tarix: 09-12-2015 | Saat: 17:05
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Prezident İlham Əliyevin Çinin Şaansi vilayətinin qubernatoru Lou Çincyan ilə görüşü olub.
Xeberaz.az-ın AzərTAc-a istinadən məlumatına görə, Şaansi vilayəti ilə Azərbaycan arasında müəyyən oxşarlıqların olduğunu bildirən Lou Çincyan qədim İpək Yolu üzərində yerləşən rəhbərlik etdiyi vilayətin tarixi haqqında danışıb.
“Biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq”, - deyən qubernator bildirib ki, Prezident İlham Əliyevin Siana səfəri Azərbaycan ilə Şaansi vilayəti arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək, energetika və humanitar sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək.
Prezident İlham Əliyev bildirib ki, Şaansinin qədim tarixi, güclü iqtisadiyyatı və sənayesi var. Terrakota Muzeyinin onda böyük təəssürat yaratdığını deyən Prezident İlham Əliyev bunu Çin xalqının qədim tarixə və mədəniyyətə malik olmasının göstəricisi kimi dəyərləndirib. Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına, eyni zamanda, Şaansi vilayətinin məhsulları ilə Azərbaycanın daha yaxından tanış olmasına imkan yaradacağını deyən prezident İlham Əliyev Azərbaycanın Çin ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək istəyində olduğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycanda son illərdə sürətli iqtisadi artım müşahidə olunduğunu və ölkəmizin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Görüşdən sonra Şaansi vilayətinin qubernatoru Lou Çincyan adından prezident İlham Əliyevin şərəfinə qəbul verilib.
Xəbəri paylaş
6048 dəfə oxunub.
Digər xəbərlər

17-11-2017, 11:40
Azərbaycan Milli Dirçəliş Gününü qeyd edir
11-12-2016, 10:46
23 yaşlı gənc atdan yıxılaraq boynunu sındırdı - Şəmkirdə
19-08-2021, 01:46
Dünyanı ÇALXALAYAN GÖRÜNTÜLƏR: Yüzlərlə qadın… – Kömək edin / VİDEO
22-05-2018, 12:19
Bakıda güclü partlayışla bağlı cinayət işi açılıb(Yenilənib)
8-12-2015, 21:04
Bulvarda selfi çəkən qız dənizə düşdü - VİDEO
28-05-2017, 12:12
Sabahın HAVAsı
10-10-2021, 11:13
Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşıb
1-10-2017, 14:05
Şeyxülislam oğlu və nəvəsi ilə məsciddə qan verdi - FOTO
19-12-2016, 19:53
Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
11-07-2017, 13:27
Sabahın havası