"Aztelekom"un baş direktoru həbs edildi - YENİLƏNİB
Tarix: 17-11-2015 | Saat: 11:37
Bölmə:M / Karusel / Hadisə | çapa göndər
Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib
“Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın əldə etdiyi məlumata görə, M. Məmmədov barəsində dünən axşam saatlarında Səbayel rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Bundan başqa, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami ATS-in rəisi Fətullah Seyidov və ATS-in mühasibi barədə də həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bundan əvvəl “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da həbs edilib.
Onlar Bakı İstintaq Təcridxanasında saxlanılırlar.
***
“Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov saxlanılıb.
Xəbəraz.az Trend-ə istinadən xəbər verir ki, M.Məmmədov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı ilə əlaqədar saxlanılıb.
Onunla bərabər daha bir neçə vəzifəli şəxs saxlanılıb.
Bundan əvvəl Baş Prokurorluğun yqaydığı məlumata görə, iş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş
7278 dəfə oxunub.
Digər xəbərlər

8-07-2016, 13:34
İlham Əliyevin Varşavada Qarabağ danışıqları
5-02-2018, 10:24
Ermənilər atəşkəsi bu gecədə pozub
17-07-2015, 19:25
Rəsmilər bayraam namazı ilə bağlı məscidlərə 160 min insanın gəldiyini bildiriblər.- FOTO
23-06-2016, 17:20
BSU-ya yeni rektor təyin olundu
28-07-2017, 22:55
Türkiyəyə gedənlərin nəzərinə – BAQAJLA BAĞLI YENİLİK
25-01-2023, 16:19
"Bu, uşaqlarda virusun ağırlaşmış formasıdır" - Nazirlik
4-09-2016, 09:51
Bakıda AĞIR QƏZA: 2 ölü
25-05-2020, 13:30
Hədə-qorxu ilə 2500 manat alan qardaşlar saxlanıldı