Birinci xanım qızı ilə körpələr evinin açılışında - Fotolar
Tarix: 12-11-2015 | Saat: 19:44
Bölmə:M / Karusel / Siyasət / Təbriklər | çapa göndər
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 91 nömrəli körpələr evi-uşaq bağçası da Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə yenidən qurulub.
Xəbəraz.az AzərTac-a istinadən xəbər verir ki, bu gün körpələr evi-uşaq bağçasının açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Burada bütün işlər Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində görülüb. Proqramın 2014-cü ilin fevralında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən təqdimatı zamanı bu müəssisələrdə mövcud vəziyyət müzakirə edilib, aparılan monitorinqin nəticələri açıqlanıb, yeni uşaq bağçalarının inşasına ehtiyacın olduğu müəyyənləşdirilib. Mərdəkan qəsəbəsində yenidən qurulan körpələr evi-uşaq bağçası da bu istiqamətdə atılan addımlardan biridir.
1963-cü ildən fəaliyyət göstərən körpələr evi-uşaq bağçasının binası yenidənqurmadan sonra iki mərtəbədən ibarətdir. Əvvəllər bu müəssisədə 75 uşaq təlim-tərbiyə alırdısa, indi 10 qrupdan ibarət bağçada 2-6 yaş arasında 200 uşağa qayğı göstəriləcək. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Uşaqların zövqünə uyğun qurulan, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün müəssisə rəngbərəng inventarla təchiz edilib. Burada balacaların bacarıq və istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Uşaqlar xüsusi dərnəklərdə rus və ingilis dillərini də öyrənəcəklər. Körpələr evi-uşaq bağçasının həyətində yaşıllaşdırma işləri aparılıb, əyləncə qurğuları quraşdırılıb.
Xəbəri paylaş
6538 dəfə oxunub.
Digər xəbərlər

10-05-2016, 05:03
Biz düşmənə qarşı birlikdə vuruşmuşuq - Axramoviç
11-05-2016, 17:58
Rusiya terrorçulara son silahını göndərdi – Rəsmi
6-12-2022, 11:17
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
19-04-2016, 12:23
Qarabağda böyük savaş proqnozu - Yayda ola bilər
10-10-2017, 10:15
“Aprel şəhidi”nin doğum günüdür
24-11-2016, 10:44
Sumqayıtda yaşayış binasında yanğın: 1 ölü, 10 sakin təxliyə olundu
21-07-2015, 21:58
Braziliya şəhərində iki gün ərzində 35 nəfər qətlə yetirilib
5-03-2018, 14:27
Zamanın nəbzini bizimlə tutun-Saat seçiminizi bizdən edin!